Arxiv

Posts Tagged ‘ANA’

ONLAR NİYƏ DİQQƏTDƏN KƏNARDADIR?

İyul 6, 2011 2 şərh

Uca Yaradan yaratdığı hər bir şeyi nizam-intizamla yaratmışdır. İnsan da yarandığı gündən, əbədi həyata qovuşduğu günə kimi mərhələlərdən keçir. Uşaqlıq illəri, orta yaş, yetkinlik və qocalıq. Və hər kəs bunu görür və bilir, inkar edilməsi ağlasığmazdır. Özlərini həmişə cavan sayan övladlar, bir ömür sonsuz məşəqqətlərinə, çətinliklərinə sinə gərib bütün varlıqları ilə onların xoşbəxt olub kamala çatmaları üçün çalışan valideynlərini tapdalayaraq, nəinki hörmətsizlik edirlər, hətta qapıdan belə qovurlar. Qocalar evində atılmış kimsəsiz qocaları gördükdə Allahı unudan övladların da az olmadığının şahidi olduq. Lakin övladlarının onlara qarşı etdikləri pisliklərə baxmayaraq, qocaların danışarkən övlad həsrəti ilə alışıb-yanan qəlbləri, göz yaşları bizi də kədərləndirdi. Görəsən bu qocalar niyə isti yuvadan, qulluqdan uzaq düşüblər? Körpə uşaqlar kimi nəvazişə, sığala, mülayim, mehriban davranışa ehtiyacı olan bu qocalar, hansı övlad üçün artıq yer edir? Axı, özü də bir zaman qocalacaq övladlar həyatdan nəyi gözləyirlər?
Ətraflı…

ONUN DA QAYĞIYA EHTİYACI VAR İDİ!

İyul 5, 2011 Bir şərh yazın

Bu gün tezdən durmuşdu. Düşünürdü ki, fərqli bir gün olacaq. Düşünürdü ki, indiyə kimi yaşadıqları sadəcə yuxudur. Pəncərənin qarşısında dayandı. Çox gözəl bir hava var idi. Bu gün bayramdır, ailəsi ilə birlikdə gəzməyə getmək istədi. Dönüb bacısına baxdı. Şirin –şirin yatmışdı. Onun yaşı az olduğundan olanların fərqinə elə də varmırdı. Üzülürdü, amma nə baş verdiyini dərk eləmirdi. Bəlkə də anlayırdı. Bacısı 3 yaşında olsa da, danışa bilmirdi. 1 yaşından sonra danışmadı. Susdu. Susmağı ilə üsyan eləyirdi. Elə onun da yaşı az idi. 8 yaşında olan uşağın yaşadığı həyat tərzindən uzaq idi. Nədənsə özünü böyüyüb boya-başa çatmış insan kimi aparırdı.Bacısını oyatdı. Ona qırmızı don geyindirdi. Saçlarını daradı. Yığmağa çalışdı, amma bacarmadı. Bacısı da tərpənmirdi. Sakitcə qardaşının qarşısında oturub gəlinciyi ilə oynayırdı. Başını qaldırıb onun üzünə baxdı. Üzündə ona daha da şirinlik verən bir təbəssüm yarandı. O da əyilib bacısının üzündən öpüb bərk –bərk qucaqladı. “Gəzməyə gedəcəyik”dedi. Bacısı daha da sevindi. Əl- ələ tutub nərdivandan aşağı düşməyə başladılar. Səssizlikdir. Deyəsən, düşündüyü kimi bu gün fərqli olacaqdı. Bacısının əlini bərk- bərk sıxdı. Heç aşağıya çatmamış gördüyü mənzərə onun bütün ümidlərini puç elədi. Yenə anası başı bağlı, ağlaya- ağlaya, dilinin altında nəsə danışırdı. Atası da əlində siqaret, üzünü tük basmış, saçları səliqəsiz halda pəncərənin yanında dayanmışdı. Bacısı başını qaldırıb onun üzünə baxdı. O isə gözlərini yerə dikmişdi. Günahkar uşaqlar kimi başını aşağı salıb, qəmli halda dayanmışdır. Nərdivanda əyləşdi. Bacısıda onun yanında. Anası onları gördü. Ətraflı…

ANA ÜRƏYİ

İyun 18, 2011 Bir şərh yazın

Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük bir qayğı görmüş və ondan eşitdiyi sözlərlə, şahzadədən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü idi. Bir dənəcik balası idi. Amma ibtidai məktəbə başladığında, işlər dəyişdi. Yoldaşları, onun heç də gözəl olmadığını, hətta çirkin belə sayılacağını söyləyirdilər.Kiçik qız, ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində gerçəklərlə üzləşdi. Anasının bir körpəyə bənzətdiyi üzü, solğun bir dəriyə sahib olduğu üçün, yaşlı bir insan üzünü xatırladırdı. «Badam» dediyi gözləri isə çəp idi. Boyunun da bir sərviliklə əlaqəsi yox idi. Demək ki, anası onu aldatmış və illər boyu çəkinmədən yalan danışmışdı.Gənc qızın ana sevgisi, qısa bir müddət içində nifrətə döndü. Evlənmə yaşına gəlmiş olmasına baxmayaraq, üzünə baxan yox idi. Üstəlik də gözləri, bütün müalicələrə baxmayaraq düzəlmirdi. Ətraflı…

ANA SEVGİSİ

İyun 15, 2011 1 şərh

«Körpəmi görə bilərəmmi» dedi yeni ana.Körpə ananin qucağina verildi,anna körpəsinin kiçik üzünə heyranliqla baxirdi və birdən təəccübdən sanki nitqi tutuldu! Ananın və körpəsini seyr edən həkim sürətlə arxasını dondu və şüşədən baxmağa başladı. Körpənin qulaqları yox idi…Müayinələrdə, körpənin eşitmə bacarığının təsirlənmədiyi, yalnız görünüşü pozan bir qulaq məhrumluğu olduğu aydın oldu.
Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəb dönüşü evə qaçaraq gəldi və özünü anasının qollarına atdı.Hıçqırırdı… Bu onun yaşadığı ilk böyük xəyal qırıqlığı idi; ağlayaraq — «Böyük bir uşaq mənə əcaib dedi…»
Kiçik uşaq bu qədərsizliyiylə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da müvəffəqiyyətli bir şagird idi. Sinif başçısı belə ola bilərdi; əgər insanların arasına qarışmış olsaydı. Anası, hər vaxt ona
— «Gənc insanların arasına qarış » Ətraflı…

ANAMIN SAÇLARI AĞARIR

İyun 12, 2011 2 şərh

Deyirlər, saçlar ürəkdən su içir. Deməli, ağaran saçlar qəlbdəki göynərtinin, ağrı-acının, sevinc-fərəhin nişanəsidir. Bir də görürsən elə ahıl yaşlı adamlarla qarşılaşırsan, başında bircə ağ tük də yoxdur, elə də olur ki, özü yaşca cavandı, amma saçları qar kimi ağappaqdı. Bilmirəm, bu, təbiətin, yoxsa həyatın möcüzəsidir? Yəqin ki, saçların vaxtsız ağarması o insanın keşməkeşli, çətin, həm də mənalı həyat sürməsindən xəbər verir.
 Uşaq vaxtı kiminsə saçını ağ görəndə fikirləşirdim ki, görəsən, mənim saçım nə vaxt ağaracaq? Elə düşünürdüm, insanların hamısı ağ saçlarıyla fəxr edir, mən də o cür qürur hissi keçirmək istəyirdim. Böyüdüm, yaşa doldum, saçlarıma yavaş-yavaş dən düşməyə başladı. Başa düşdüm ki, bu, heç də belə deyil. Nə vaxt ki, ürəyin sevgiylə, yaşamaq eşqiylə doludu, cəmiyyətə, xalqa köməyini əsirgəməməkdən ötrü çırpınırsan.Bax, onda saçın ağarmağa başlayır.Bir gün anam mənə diqqətlə baxıb dedi: “Saçların lap çox ağarıb”. Kədərlə dediyi sözlərin ağırlığından onun səsi titrədi. Hiss etdim ki, deyəsən, anam saçımın ağarmasından fikir çəkir. Axı, analar həmişə övladları üçün narahat olur, balalarından ötrü ürəyi yarpaq kimi əsir. Ürəyinə qurban olum, ay ana. Özümü şux tutmağa çalışıb, təmkinlə dilləndim: “Ay ana, qoy ağarsın da, uca dağların başı qar olar”. Tanış-biliş, qohum-əqraba məni görəndə deyir ki, saçını niyə belə tez, vaxtsız ağartmısan?..
   Biri çətinə düşdüyü vaxt kimdənsə kömək istəyəndə, kiməsə güvənəndə ona təsəlli üçün deyirlər: “Narahat olma, dağ kimi dayanmışam arxanda”. Doğrudan da insan biləndə ki, zərrə qədər də olsa kiməsə köməyi dəyir, kiminsə halına yanır, qayğısını çəkir, deməli, bu mürəkkəb həyatda yaşamağa dəyər. Ətraflı…