Arxiv

‘MARAQLI FAKTLAR’ Kateqoriyası üçün arxiv

BENTLEY

Avqust 9, 2011 Bir şərh yazın

Bentley has a rich history that dates back to 1921, when founder W.O. Bentley translated his love for motorsports into the first publicly available Bentley: the 3-liter. Bentley has since weathered changes to its ownership and continues to build performance-oriented luxury automobiles in 2010.Bentley thrived as an independent luxury car maker in its first ten years. Depression-era economics led to their sale to Rolls-Royce in 1931, and for much of the next 70 years, Bentleys were essentially performance-oriented rebadged Rolls-Royces. The 1990s saw the return of purpose-built Bentley luxury sports models. The marque is owned by Volkswagen in 2010.Bentley Motors was synonymous with racing in its early life. They won numerous races in the 1920s and 1930s, including several 24 Hours of Le Mans victories for the Bentley Speed 6. Since being acquired by Volkswagen, Bentley has returned to the racing scene. Two Bentley Speed 8 models finished first and second at the 2003 24 Hours of Le Mans.As of 2010, the Bentley lineup encompasses four model lines. The Mulsanne sedan is Bentley’s flagship, a huge made-to-order luxury sedan that can travel 184 miles per hour. The Brooklands coupe and Azure convertible are closely related, eschewing “modern” styling in favor of the classic, squared-off Bentley lines. Bentley Continentals are the brand’s bread and butter; they are differentiated into sedans, coupes and convertibles, with several special editions. The Continental received a significant redesign for the 2011 model year.

ONLAR QANLA QİDALANIR…

Avqust 7, 2011 1 şərh

Orta əsrlərdə həmişə diqqət yetirilən əsas tarixi faktlar içərisində ölülər haqqında da yazılara rast gəlmək mümkündür. Bəzi ölülərin cəsədləri hətta əsləri boyu saxlanılmışdır. Tamam rəngini itirmiş solğun dəri və qırmızı dodaqlar onların mumiya kimi hazırlanmadıqlarının dəlili idi. Fikirlər çox dəyişik idi; bəziləri düşünürdü ki, bu cəsədlər müqəddəs insanlara məxsusdur, başqaları isə sükuta dalmış vampirlərin olduğu qənaətinə gəlirdilər. Drakulaların Vətəni Vampirlər haqqında əfsanələr neçə əsrlərdir mövcuddur və onların içərisində ən məşhuru qraf Drakula hesab olunur. Tarixçi Bob Kurranın irəli sürdüyü fikirlərə görə qrafın ana vətəni Translivaniya deyil, İrlandiya olmuşdur. Tədqiqatçının araşdırmalarına əsasən Brem Stoker öz romanını “Drakula” – nı yazmışdır və bu tarix V əsrdə Derri qraflğında baş vermişdir. Əfsanələrə əsasən İrlandiya kralı Abartax Krovaviy çox qəddar kiçik boylu bir şəxs olmuşdur. Onun köməkçiləri kraldan o qədər qorxurdular ki, onu öldürməyə belə cəhd göstərmirdilər. Çünki kralın üzərində böyük cadugərin qoruması var idi. Bu zaman onlar digər kral olan Katanın hüzuruna getdilər. Bu zaman onlar həmin şəxsdən öz krallarından canlarını qurtarmaq istədiklərini bildirdilər. Katan özü də Abartaxı çox da sevmirdi, məhz buna görə də xalqın istəyini yerinə yetirmək fikrinə düşdü. Abartaxı dəfn etdilər, bu çox gözəl hadisə kimi qiymətləndirildi. Davamını oxu…

“@” İŞARƏSİ

Avqust 2, 2011 1 şərh

“@”işarəsi internetin rəmzi simvoluna necə çevrilib?Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency – Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi.Tomnilson bir növ hakerlik edərək ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün user@computer göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir. Burada niyə məhz “@”simvolundan istifadə edildiyini Rey belə izah edir ki, belə addım şəbəkədə dolaşıqlıq yaranmaması üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona ingiliscə “at” (yanında, üstündə) önlüyü üçün çox nadir hallarda işlədilən və heç bir adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” işarəsi həmin tələbə uyğun gəldiyindən Rey həmin simvolu seçib. Maraq üçün bildirək ki, Rey Tomnilsonun ilk göndərdiyi mesaj klaviatura hərflərinin birinci cərgəsində duran klavişlərin ardıcıl basılmasından alınan “QWERTYUİOP” sözü, ilk şəbəkə adresi isə tomlinson@bbn-tenexa olub. Davamını oxu…

GAMEZER OYUN PORTALI

İyul 10, 2011 6 şərh

Salam.Başlıqdan göründüyü kimi yazacaqlarım Gamezer oyun portalı haqqındadır.Oyunun yaradılışı kimin yaratması haqqında heçnə yazmayacam.Çünki bu barədə məlumatım yoxdu.Sözün açığı mən bir tanışımın məni bu portala dəvət etməsi ilə tanış oldum bu portalla.Bir gün mənə dedi ki Gamezer portalına gir bilyard oyunu oynayaq.Əvvəlcə razı olmadım.Çünki maraqsız gəldi.Amma onun davamlı təkidləri nəticəsində daxil oldum bu portala.Bir də ki onun “Bütün dünya ölkələri burda oynayır” deməsi məndə bu portala qarşı əməlli başdı maraq oyatdı.Nəysə daxil oldum və qeydiyyatdan keçdim.Nəysə otaqlar filan yazılan bölmələrə rast gəldim.Orda “Milli otaqlar” yazılan bölməyə daxil oldum və bir otaq seçdim.Sən demə otaqlarda ümumi chat var imiş.Kaş ki girməzdim bu portala.Orda azərbaycanlı uşaqların bir-birilərinə yazdıqları söyüşləri görəndə dəhşətə gəldim.Söyüşün biri 1 qəpik.Maraqlandım görüm bu insanlar özü də ki azırbaycanlı gənclər niyə söyürlər bir birilərini.Nəticədə müəyyən səbəblər ortaya çıxdı.Biri dedi ki mən digər oyunçunu udurdum.Gördü ki uduzur məni söyüb çıxdı oyundan.Mən də söyürəm onu.Bu gəncin cavabı məntiqsiz gəldi.Amma qınamadım onu da.Orda olduğum bir neçə dəqiqə ərzində rast gəldiyim ancaq söyüşlər və kimlərinsə öz wap saytlarını reklam etməsi oldu.Sonra başladım müxtəlif ölkələrin otaqlarına daxil olmağa.Burda düşmənlərimiz ermənilərin də otaqları var idi.Orda əməlli başdı bizə qarşı təxribat gedirdi.Bir neçə dəqiqə onların cavablarını verməyə çalışdım.Sonra bir neçə azəri gənc də mənə qoşuldu.İndi deyəcəklərim sizlərədi ey bir-birini söyən gənclər.Gəlin düşünək.Bir-birinizi söyməklə nə əldə etmiş olursunuz?Heçnə.Əksinə nəyisə itirirsiniz və xalqımızın vətənimizin imicinə ziyan verirsiniz.Orda olan düşmənlərimiz bizim otaqlara daxil olur və sizin daxildə bir-birinizi söydüyünüzü görür.Gedib hər yerdə yayırlar.Onlara da bu lazımdır.Əksinə daxil olun onların otaqlarına həqiqətləri yazın.Məsələn Qarabağın bizim olduğunu.Qıcıq edin onları.Özünüzə güvənirsinizsə hətta oyun da oynayın onlarla.Məğlub edin onları.Qoy infakt vursun hamısını.Amma gəlin öz aramızda mehriban olaq.Bir olaq.Qoy o yalançı,mənfur,şərəfsiz,ləyaqətsiz,əqidəsiz ermənilər paxıllıqdan dəli olsunlar ürəyləri partdasın ölsünlər.İnanıram ki,yazdıqlarım sizdə nəyisə dəyişəcək.

GİNNESİN REKORDLAR KİTABI

İyun 28, 2011 Bir şərh yazın

Ginnes rekordlar kitabı  – hər il nəşr olunan dünya rekordları toplusu. Bu kitab ilk dəfə 1955-ci ildə İrlandiyanın pivə istehsalçısı “Ginnes Breveri” (Guinness Brewery) şirkətinin sahibi Hyu Biverin ideyası və sifarişi ilə nəşr olunub.Bu gün Ginnes rekordlar kitabı dünyanın bütün ölkələrində məşhurdur və demək olar ki, bütün dillərə tərcümə olunub. Rəsmi olaraq Ginnes Rekordlar Kitabı yüzdən aartıq ölkədə iyirmi üçdən artıq dillərə tərcümə olunub. Əvvəllər bu kitab elmi əsaslı və təsdiq olunmuş faktların ensiklopedik soraq kitabçası idi. Ginnes Rekordlar Kitabının bu il 55-ci nəşri çapdan çıxır. İndiki dövrdə bu kitab dünyanın ən böyük tirajlı kitabı sayılır. Qeyd edək ki, 2010-cu ilin nəşrində son onillikdə dünyada baş verən müxtəlif rekordlar bu kitaba daxil olub.Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən varlı adamı əsilzadə, padşah nəslindən olan Həssanal Bolkiyadır. Bruney sultanı H. Bolkiyanın neft və qaz sahəsi üzrə əldə olunan var-dövləti 30 milyard dollar təşkil edir. O, Asiyanın ən varlı adamı, dünyada ən varlı neft maqnatı və dünyada ən bahalı hökmdar iqamətgahına malikdir. Sultan Həssanal Bolkiya ölkənin varis rəhbəridir, eləcə də Bruneyin baş naziri, təhlükəsizlik və maliyyə naziridir. Sultan ölkəsinin əhalisi üçün pulsuz təhsil və səhiyyə xidmətlərini təmin edir. Bruney sultanı Giness Rekordlar Kitabına həmçinin dünyada ən bahalı avtomobil markası olan “Rolls-Roys”-ların böyük kolleksiyası ilə də yer alıb. Davamını oxu…

SOSİAL ŞƏBƏKƏLƏR

İyun 28, 2011 2 şərh

Sosial şəbəkələr əsl XXI əsr hadisəsi – internet fenomenidir. Sosial şəbəkə – sosial qarşılıqlı əlaqələr ,sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. 2008-ci ilin iyun ayı üçün 132 milyon istifadəçi Facebook.com -a baş çəkmişdir və 117 milyon portal Myspace.com-un xidmətlərindən öz xeyrinə istifadə etmişdir.Synovate qlobal tədqiqat şirkəti dünyanın 17 ölkəsindən 13.000 respondent arasında sorğu aparmışdır. Tədqiqat ərzində, sosial şəbəkələrin istifadəçilərinin əsasən kimlər olduğu, onların maraq dairələri və bu kimi digər oxşar resurslar haqqında maraqlı məlumatlar əldə olundu.İnternet cəmiyyəti (birlik) sosial şəbəkələrin yaxşı nümunəsidir. Bu növ sosial şəbəkə XX əsrin 90-cı illərində İnternetin inkişaf etdiyi və genişləndiyi bir dövrdə daha da çox genişləndi. Belə xidmətin müştərisinə öz haqqında fotoşəkillərini, özünün və arzu olunan partnyorun anket sorğusunu doldurmaq təklif edilir, sonra xidmətə əlaqə üçün ad və parol seçilir. Davamını oxu…

ƏSƏB!!!

İyun 22, 2011 2 şərh

Bu problemlər sizdə də varsa səbəbləri və çarələri haqqında biraz məlumatlanaq. Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar. Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.Bir sıra mənfi amillər – nigarançılıq, təngə gəlmək və s. yorğunluqa və nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar.Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir. Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100q qaynayan suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər. Davamını oxu…

ULDUZUN SÜRÜŞMƏSİ

İyun 20, 2011 Bir şərh yazın

Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz. Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur. Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla kilometr məsafədəki uzaq günəşlərdir. Günəş sistemimizin içində günəş və planetlərin cazibə qüvvələri arasında ora-bura gəzən saysız meteoritlər mövcuddur. Bunlardan yerin yaxınlığından keçərkən cazibə sahəsinə daxil olanlar sürətlə atmosferə düşür. Sürtündüklərinə görə isinir, yanır və arxalarında parlaq, cizgi kimi bir iz buraxırlar. Axırda demək olar ki, düşmənin son anında müşahidə edilən parlamadan ardınca yox olurlar. Yer atmosferinə hər il cəmi 15 min ton olan 200 minə qədər meteorit düşdüyü qəbul edilir. Bu hesaba görə yerin kütləsi 4.5 milyard illik ömrü ərzində gələn meteoritlər sayəsində əməlli başlı artmalıdır. Yerə düşən meteoritlər üzərində aparılan tədqiqatların nəticəsində yerdə olmayan bir elementə rast gəlinməyib. Atmosferə girdikdə yanan və əksəriyyəti yox olan göy daşlarına meteor deyilir, bunlardan yerə çatmağı bacaranlara isə meteorit deyilir. Dünyamızın böyük bir qismi okeanlarla qapalı olduğuna görə yerə çata bilən göy daşlarının çoxu buralara düşür. Ancaq dünyanın bir çox yerində də quruda meteoritlərin meydana gətirdiyi izlər və çuxurlar mövcuddur. Dünyada məlum olan göy daşlarının ən böyüyü cənubi qərbi Afrikada Qrutfenteyndə olan göy daşıdır və kütləsi 80 tona qədərdir. İndiyə kimi dünyada təxminən 20 nəfər insan göy daşı dəyməsi ilə yaralandığı təsbit edilmişdir. Fəzada minlərlə il ərzində, milyardlarla kilometr məsafə qət edən bir daşın, atmosferə çox uyğun bir yöndən girib yanmadan yerə qədər gəlməsi və nəticədə də bir insanın başına düşməsi hər insana qismət olmaz.

ƏQRƏB BÜRCÜ

İyun 20, 2011 12 şərh

Əqrəb bürcü haqqında!!! Əqrəb bürcü Su isharesidir. Xarakteri guclu, heyati maraqlidir. EQREB iki esas planetin: quvvetli, amansiz marsin ve qudretli Neptunun himayesindedir. Onun xarakteri bu ikiqat tesir altinda teshekkul tapir. EQREB mubarize aparir, ezab chekir, ozunu yeyir, viranelik icherisinden dirilib qalxir. Tezadli, temperamentli, olduqca cazibedar, lakin amansiz tipdir. Onun uchun birinci chetinlik yashamaqdir. Ilk baxishda onun muveffeqiyyet qazanmaq uchun lazim olan her sheyi: energiyasi, diribashlighi, quvvesi vardir, lakin tundmecazlighi ucbatindan dushmenleri choxdur. EQREB chox zaman esebi olur, lakin oz zeheri ile mehz ozunu zeherleyir. Onda ne ise sezilmez ve muemmali bir cehet vardir. Hetta semimi gorunende de qapali ve servaxtdir. Bu onun mudafie tedbiridir. EQREBE daim ele gelir ki, onu tenqid edirler, hedeleyirler. Buna gore de butov bir mudafie sistemi qurur. Heqiqeten hucuma meruz qaldiqda hiddeti son derece dehshetlidir. Ishde ve borcunu yerine yetirmekde iradesi mohkemdir. Hech vaxt xulyaya qapilmir, insanda, yaxud veziyyetde zeif noqteni tez tapir. Davamını oxu…

TWITTER HAQQINDA

İyun 20, 2011 Bir şərh yazın

“Twitter” (ingilis dilindən «twit» – «çərənləmək», «birnəfəsə danışmaq».) – pulsuz internet xidmətidir. “Twitter” sizə 140 simvol ilə bu an nə etdiyinizi yazmanıza imkan verir. İstifadəçilər mikrobloqa qeyd əlavə etmək üçün, web-səhifədən, SMS(qısa ismarıc xidməti) və ya bu sistem üçün yaradılmış proqramlardan istifadə edirlər. “Twitter”də dostlarınızla, ailənizlə, iş yoldaşlarınızda tez-tez sürətli bir şəkildə o an nə etdiyinizi paylaşa bilərsiniz.Sosial şəbəkənin yaradıcıları Jack Dorsey, Biz Stone və Evan Williams-dır. Layihə yaranarkən, «Sən indi nə edirsən?» sualına cavab vermək üzərində fikirləşilmişdi. Dorsi elə bir platforma yaratmaq istəyirdi ki, bir anda dostları ilə qısa ismarıcla məlumat mübadiləsi yarada bilsin. İstifadəçinin yazdığı qeyd “twitter”də həmin an yaranır və müəllifin yeni ismarıclarına yazılmış istifadəçilərin “twitter” səhifələrinə əlavə olunur. Əlavə web-səhifədən, SMS(qısa ismarıc xidməti), RSS(xəbər lenti), elektron poçt və ya “twitter” müştəri servisləri vasitəsi çatdırılır. “Twitter”, Ruby on Rails web platforması üzərində yaradılıb və 2007-ci ilin 98% vaxtını işlək vəziyyətdə olub (təxminən 6 gün servis işləməyib). 2008-ci ilin əvvəllərində “twitter” yeni bazalar əsasında yerini Amazon S3 serverləri üzərində dəyişdi. Davamını oxu…

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: