Arxiv

Posts Tagged ‘den dusmus saclar’

ANAMIN SAÇLARI AĞARIR

İyun 12, 2011 2 şərh

Deyirlər, saçlar ürəkdən su içir. Deməli, ağaran saçlar qəlbdəki göynərtinin, ağrı-acının, sevinc-fərəhin nişanəsidir. Bir də görürsən elə ahıl yaşlı adamlarla qarşılaşırsan, başında bircə ağ tük də yoxdur, elə də olur ki, özü yaşca cavandı, amma saçları qar kimi ağappaqdı. Bilmirəm, bu, təbiətin, yoxsa həyatın möcüzəsidir? Yəqin ki, saçların vaxtsız ağarması o insanın keşməkeşli, çətin, həm də mənalı həyat sürməsindən xəbər verir.
 Uşaq vaxtı kiminsə saçını ağ görəndə fikirləşirdim ki, görəsən, mənim saçım nə vaxt ağaracaq? Elə düşünürdüm, insanların hamısı ağ saçlarıyla fəxr edir, mən də o cür qürur hissi keçirmək istəyirdim. Böyüdüm, yaşa doldum, saçlarıma yavaş-yavaş dən düşməyə başladı. Başa düşdüm ki, bu, heç də belə deyil. Nə vaxt ki, ürəyin sevgiylə, yaşamaq eşqiylə doludu, cəmiyyətə, xalqa köməyini əsirgəməməkdən ötrü çırpınırsan.Bax, onda saçın ağarmağa başlayır.Bir gün anam mənə diqqətlə baxıb dedi: “Saçların lap çox ağarıb”. Kədərlə dediyi sözlərin ağırlığından onun səsi titrədi. Hiss etdim ki, deyəsən, anam saçımın ağarmasından fikir çəkir. Axı, analar həmişə övladları üçün narahat olur, balalarından ötrü ürəyi yarpaq kimi əsir. Ürəyinə qurban olum, ay ana. Özümü şux tutmağa çalışıb, təmkinlə dilləndim: “Ay ana, qoy ağarsın da, uca dağların başı qar olar”. Tanış-biliş, qohum-əqraba məni görəndə deyir ki, saçını niyə belə tez, vaxtsız ağartmısan?..
   Biri çətinə düşdüyü vaxt kimdənsə kömək istəyəndə, kiməsə güvənəndə ona təsəlli üçün deyirlər: “Narahat olma, dağ kimi dayanmışam arxanda”. Doğrudan da insan biləndə ki, zərrə qədər də olsa kiməsə köməyi dəyir, kiminsə halına yanır, qayğısını çəkir, deməli, bu mürəkkəb həyatda yaşamağa dəyər. Ətraflı…