Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > ONLAR NİYƏ DİQQƏTDƏN KƏNARDADIR?

ONLAR NİYƏ DİQQƏTDƏN KƏNARDADIR?

Uca Yaradan yaratdığı hər bir şeyi nizam-intizamla yaratmışdır. İnsan da yarandığı gündən, əbədi həyata qovuşduğu günə kimi mərhələlərdən keçir. Uşaqlıq illəri, orta yaş, yetkinlik və qocalıq. Və hər kəs bunu görür və bilir, inkar edilməsi ağlasığmazdır. Özlərini həmişə cavan sayan övladlar, bir ömür sonsuz məşəqqətlərinə, çətinliklərinə sinə gərib bütün varlıqları ilə onların xoşbəxt olub kamala çatmaları üçün çalışan valideynlərini tapdalayaraq, nəinki hörmətsizlik edirlər, hətta qapıdan belə qovurlar. Qocalar evində atılmış kimsəsiz qocaları gördükdə Allahı unudan övladların da az olmadığının şahidi olduq. Lakin övladlarının onlara qarşı etdikləri pisliklərə baxmayaraq, qocaların danışarkən övlad həsrəti ilə alışıb-yanan qəlbləri, göz yaşları bizi də kədərləndirdi. Görəsən bu qocalar niyə isti yuvadan, qulluqdan uzaq düşüblər? Körpə uşaqlar kimi nəvazişə, sığala, mülayim, mehriban davranışa ehtiyacı olan bu qocalar, hansı övlad üçün artıq yer edir? Axı, özü də bir zaman qocalacaq övladlar həyatdan nəyi gözləyirlər?

Qocalardan biri başına gələn hadisəni olduğu kimi, qocalar evinə necə düşdüyünü təfərrüfatı ilə bizə danışdı: “Bir gün evdə əyləşib oğluma corab toxuyurdum. Hava çox soyuq idi. Oğlum işdən gələndə əsəbi və gərgin idi. Yoldaşı süfrəyə çay gətirdi. Məndən də çay içməyimi istədi: “Dedim sağ ol, qızım. Qoy corabı toxuyum, sonra içərəm. Lap az qalıb”. Oğlum yerindən qalxaraq, süfrəni dartıb, çəkərək qışqırdı: ”Bundan sonra mən heç kəsə çörək verməyəcəm. Daha bezmişəm! Mən qazanım gətirim, hazır yesinlər“. Doğrusunu deyim, mən çox qorxdum. Amma səsimi çıxartmadım. Özüm də xəstə idim. Belim çox möhkəm ağrayırdı. Mənə tərəf gələrək: ”Qalx, bu gündən bu evdə sənə yer yoxdur. Camaatın anaları işləyir gətirir. Sən də get işlə“. Gəlin çalışdı onu sakitləşdirsin, onu da itələdi. Mənə qapını göstərdi və dedi: “Əlim-ayağım sənə dəyməmiş çıx get!“. Sakitcə elə toxuduğum corabları da götürüb elə hansı geyimdə əyləşmişdimsə o cür də evdən çıxdım. Həyətdə əyləşib o corabı səhərə kimi ağlaya-ağlaya toxuyub qurtardım. Oğlum isə isti evdə rahat-rahat yatırdı. Amma Allaha əl açıb yalvardım ki, qoy həmişə belə şirin yatsın. Uşaq vaxtı oğlum üçün oxuduğum lay-lay düşdü yadıma. ”Lay- lay Arif a lay-lay körpə balam, a lay-lay“. Elə oxuya-oxuya yuxuya getmişdim. Səhər gözümü açanda hər yanım sızıldayırdı. Qalxıb qonşuya getmək istəyəndə, öz-özümə: ”oğul məni istəməyəndən sonra qonşu nə edəcək” deyib, həmişəlik oradan uzaqlaşdım. Sonra da bax bu qocalar evini tapdım və buranı ölənə kimi özümə ev bildim. İndi bu corablardan onun iyini alıram. Haçan ölsəm demişəm bunu ona versinlər. Bəlkə peşiman olub, o da bu corablardan mənim iyimi alar“. Bizim dəhşət və heyrət dolu nəzərlərimizi görəndə, “ay bala, övlad şirindir, şirindən də şirin!“ deyib, kövrələrək ağladı.

Biz ona təskinlik verib, uzaqlaşdıqdan sonra, əziz Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) bir hədisinin yazıldığı qapını gördük. Soruşduqda, həmin otağın namaz otağı olduğunu dedilər. Qapıda belə yazılmışdı: ”Cənnət anaların ayağı altındadır”. İkinci hədis isə belə idi: ”Valideynə itaətsizlik – böyük günahlardandır. Çünki Allah Təala itaət etməyən övladı üsyankar və bədbəxt etmişdir”.

İçəri daxil olduqda səliqəli, təmiz olan namaz otağı bizi sevindirdi. Vaxtlarını boş keçirməyən yaşlılar, ömrlərinin davamını Allaha həsr etmişlər. Namaz otağına yaxın olan həkim otağından bir qocanın tibb bacısına: “Sən mənə hansı iynəni vuracaqsan ki, əlim heç nə tutmasın?”. Bizi görən tibb bacısı: ”Eh, bu qocalar da hər şeyi səhv eşidirlər də“, – deyib tez otaqdan çıxdı. Həmin yaşlı kişi: “Qızım, bu qocalar evində ən yaxşı qulaq məndədir. Yəni, ən yaxşı mən eşidirəm. O ki qaldı bu tibb bacısına, keçən həftə mənə vaxtı keçmiş dərman vermişdir. Mən də üstün oxuyan kimi aləmi qatdım bir-birinə“. Elə bu vaxt zəng çalındı. Kişi: “Yemək vaxtıdır gəlin qızım, siz də bir-iki loxma yeyin», – dedi.

Qocaların maraqlı çöhrələri var idi. Anasından ayrılan körpələrə bənzəyirdilər. Bizi öpüb bağırlarına basan yaşlı nənələr, öz nəvələri kimi əzizləyir, şirin sözlər deyirdilər. Görünür, övlad həsrəti, övlad dağı qəlblərini sızladır. Uca Allah Quranda belə buyurmuşdur: ”Bilin ki, sizin mal və övladlarınız sınaqdırlar (vasitələrdir) və yanında böyük hökümdarlıq olan Allahdır”.

ONLAR NIYƏ DİQQƏTDƏN KƏNARDADIR?

  1. İyul 6, 2011 tarixində, saat 7:59 axşam

    oxudum pis oldumee,nece vicdansiz ovladlar varmish…(

    • İyul 6, 2011 tarixində, saat 10:59 axşam

      cox sag ol,Irane oxudugun ucun.gorursen de.Allah bele ovladlarin cezasini vereceey!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma