Arxiv

Posts Tagged ‘maraqli’

İSMAYILLI BU DƏFƏ BLOGGERLƏRİ QARŞILADI

Sentyabr 12, 2011 Bir şərh yazın

Bu dəfə Weblog layiəsinin iştirakçıları İsmayıllıda toplaşdı.Məqsəd növbəti seminarımızı təbiətin qoynunda keçirmək istəyimiz idi.11.09.2011 səhər tezdən seminarın bütün iştirakçıları yola düşdük.Yol boyu deyib güldük,mahnılar oxuduq.Nəhayət İsmayıllıya çatdıq.Orada bizi gənclər və idman idarəsinin nümayəndəsi qarşıladı.İlk olaraq “Heydər Əliyev” muzeyinə baş çəkdik.Bələdçinin dediklərindən aydın oldu ki,muzeyin tikintisinə 2007-ci ildə başlanılıb.2009-cu ildə isə muzeyin cənab prezident İlham Əliyev tərəfindən rəsmi açılışı olub.Muzey 3 mərtəbədən ibarətdir.İlk olaraq 2-ci mərtəbədə yerləşən muzeyə daxil olduq.Burada Heydər Əliyevə məxsus şəkillər,ona aid müxtəlif diplom və tərifnamələrin üzləri yerləşirdi.1ci-mərtəbədə isə uşaqlar və gənclər üçün müxtəlif dərnəklər fəaliyyət göstərirdi.Burada kompyuter,heykəltaraşlıq,rəssamlıq,şahmat və s. kimi kurslar tədris olunurdu.3-cü mərtəbədə isə iş otaqlarının yerləşdiyini öyrəndik.Muzeyin qarşısında xatirə şəkili çəkdirib “Tarix Diyarşünaslıq Muzeyi”nə yollandıq.Burada bizi muzeyin rəhbərliyi qarşıladı. Ətraflı…

ŞƏKİDƏKİ ALBAN MƏBƏDİ

Avqust 15, 2011 Bir şərh yazın

Yazacaqlarım Şəkidə yerləşən Alban məbədi haqqındadır.Bir çoxları bu məbəd haqqında biliklərə sahibdir.Lakin özüm bu məbəddə olduqdan sonra bu məbəd haqqında yazmaq istədim.Şəkinin Kiş kəndində yerləşir bu məbəd.Bu kənd rayon mərkəzindən elə də uzaq deyil.Məbədə gedən yolları isə gərək gözlərinizlə görəsiniz.Çox dar küçələrdir.Bir avtomobil çətinliklə keçir.Bu dar dalanları keçdikdən sonra nəhayət məbədə çatdıq.İçəri daxil olduq.Bələdçilər bizi qarşıladı.Məbədə daxil olmazdan öncə məbədin həyətində yerləşən məzarlara nəzər yetirdim.Bələdçinin dediklərinə görə məzarda dəfn olunan insanlardan ən kiçiyinin boyu 2 metr olub.Məhz şəkildə gördüyünüz qadının boyu 2 metr olub.Daha sonra məbədə daxil olduq.Məbəd çox kiçik bir ərazini əhatə edir.Məbədin içərisində bircə yerli sakin mən idim.Digərləri xarici turistlər idi.Bu çox gözəl bir hal idi.Azərbaycanın tarixi məkanlarına xarixi turistlər maraq duyurlar.Digər tərəfdən isə Azərbaycanda turizmin həqiqətən də inkişaf etdiyinin şahidi oldum.Məbədin içərisinə kanardan nəzər yetirdim.İçəridə müxtəlif saxsı qablar,o dövrə aid bəzək əşyaları var idi.Bələdçi hər biri haqqında mənə məlumat verdi.Sonra məbədin kənarında çoxlu insanların toplaşdığını gördüm.Onlara yaxınlaşdıqda maraqlı bir mənzərənin şahidi oldum.İnsanlar dəmir pulları məbədin divarına yapışdırmağa çalışırdılar.Bələdçidən bu barədə soruşdum.Nəticədə məlum oldu ki,insanlar bir arzu diləyib pulu divara vururlar.Əgər pul divara yapışsa demək ki arzuları gerçək olacaq.Gülünc gəldi bu mənə.Sonra bələdçi ilə məbədin yaranması haqqında qısa söhbətimiz oldu.Məlum oldu ki,rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Bəzi müəlliflərə görə yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsi olan bu kilsə Şəki rayonunun Kiş kəndində yerləşir və bu səbəbdən Kiş kilsəsi Müqəddəs Yelisey kilsəsi də adlanır.Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir.Hamıya məsləhət görürəm ki,bircə dəfə də olsa bu məbədi gəlib ziyarət etsinlər.Təkcə buranı deyil,bütün Azərbaycanımızın tarixi yerlərini,abidələrini ziyarət etmək və bura haqqında məlumatlı olmaq bizim vətəndaş kimi borcumuzdur.

Güldürən,düşündürən insan- Molla Nəsrəddin

İyun 17, 2011 Bir şərh yazın

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada — Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Ətraflı…