Əsas səhifə > INFORMASIYA TEXNOLOGIYALARI, İRƏLİ İCTİMAİ BİRLİYİ > İSMAYILLI BU DƏFƏ BLOGGERLƏRİ QARŞILADI

İSMAYILLI BU DƏFƏ BLOGGERLƏRİ QARŞILADI

Bu dəfə Weblog layiəsinin iştirakçıları İsmayıllıda toplaşdı.Məqsəd növbəti seminarımızı təbiətin qoynunda keçirmək istəyimiz idi.11.09.2011 səhər tezdən seminarın bütün iştirakçıları yola düşdük.Yol boyu deyib güldük,mahnılar oxuduq.Nəhayət İsmayıllıya çatdıq.Orada bizi gənclər və idman idarəsinin nümayəndəsi qarşıladı.İlk olaraq “Heydər Əliyev” muzeyinə baş çəkdik.Bələdçinin dediklərindən aydın oldu ki,muzeyin tikintisinə 2007-ci ildə başlanılıb.2009-cu ildə isə muzeyin cənab prezident İlham Əliyev tərəfindən rəsmi açılışı olub.Muzey 3 mərtəbədən ibarətdir.İlk olaraq 2-ci mərtəbədə yerləşən muzeyə daxil olduq.Burada Heydər Əliyevə məxsus şəkillər,ona aid müxtəlif diplom və tərifnamələrin üzləri yerləşirdi.1ci-mərtəbədə isə uşaqlar və gənclər üçün müxtəlif dərnəklər fəaliyyət göstərirdi.Burada kompyuter,heykəltaraşlıq,rəssamlıq,şahmat və s. kimi kurslar tədris olunurdu.3-cü mərtəbədə isə iş otaqlarının yerləşdiyini öyrəndik.Muzeyin qarşısında xatirə şəkili çəkdirib “Tarix Diyarşünaslıq Muzeyi”nə yollandıq.Burada bizi muzeyin rəhbərliyi qarşıladı.Muzeydə müxtəlif əşyalar sərgilənirdi.Hansı ki,arxeoloji qazıntılar nəticəsində rayon ərazisindən tapılmışdı və əksəriyyəti eramızdan əvvələ aid idi.Bu Azərbaycanın necə zəngin bir tarixə malik olduğunun rəsmi bir sübutudur.Muzeylə tam tanış olub,orada da xatirə şəkili çəkdirdikdən sonra seminarın keçiriləcəyi məkana yollandıq.Oraya çatdıqda qarşılaşdığım mənzərə məni sözün əsl mənasında valeh etdi.Təmiz hava,dağın döşü,çeşmənin kənarı və çeşmədən axan buz kimi su.Sanki yuxuda idim.Şəhərin səs-küyündən uzaqda keçiriləcək bu seminar nəyə desəniz dəyərdi.Gənclərlə biraz əyləndikdən sonra seminara başladıq.Seminarı Hikmət Hüseynov və Əli Hacızadə aparırdı.Maraqlı və lazımlı mövzular ətrafında müzakirələr apardıq.Onların anlatdıqlarından az da olsa nəsə götürməyə çalışdıq.Təxminən bir saat yarım davam edən seminardan sonra nahar etmək üçün masa ətrafına əyləşdik.Elə həmin gün İrəli İnformasiya texnologiyaları mərkəzinin layihələr üzrə kordinatoru və bu seminarın təşkilatçısı olan İmam Quliyevin doğum günü idi.Nahardan sonra vaxtımızı xoş keçirdik.Müxtəlif oyunlar oynadıq,dedik-güldük,əyləndik.Vaxtımızı xoş keçirdik və seminardan maksimum yararlanmağa çalışdıq.Nəhayət Bakıya qayıtdıq.Bu tarix yaddaşımıza gözəl günlərdən biri kimi yazıldı.Belə gözəl gün üçün İrəli İctimai Birliyinə,tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürümü bildirirəm.Çox sağ olun.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma