Arxiv

Posts Tagged ‘məktəb’

KİŞİ SÖZÜ FİLMİ

İyul 9, 2011 Bir şərh yazın

Söhbət çox məşhur Azərbaycan filmindən gedir.Filmin adı”KİŞİ SÖZÜ”dür.Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir…Film aktyorlar Əjdər Həmidovun və  Sənubər İsgəndərlinin kinoda ilk işidir.Filmin çəkilişləri bir neçə yerdə aparılsa da, pavilyon çəkilişləri olmayıb.Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq film 10 aya hazır oldu.Filmin təsdiq etmə mərasimindən sonra rejissor Cahangir Mehdiyev məsləhətləşmək üçün Moskvaya, müəllimi Georgi Daneliyanın yanına üz tutur. Belə ki, Cahangir Mehdiyev “Mosfilm”də Musiqili Komediya Birliyinin bədii rəhbəri, kinorejissor Georgi Daneliyanın tələbəsi olub. Daneliya ssenari ilə tanış olur və ondan məmnun qalır. Lakin, söhbət idmançı Niyaz obrazının üzərinə gəldikdə, bu rola kimin çəkiləcəyi ilə maraqlanır və məsləhət görür ki, bu rola Cahangir Mehdiyev özü çəkilsin. Bu rol üçün Rəfael Dadaşov nəzərdə tutulsa da, onunla sınaq çəkilişləri aparılmamışdı.