Arxiv

Archive for Avqust 7, 2011

ONLAR QANLA QİDALANIR…

Avqust 7, 2011 1 şərh

Orta əsrlərdə həmişə diqqət yetirilən əsas tarixi faktlar içərisində ölülər haqqında da yazılara rast gəlmək mümkündür. Bəzi ölülərin cəsədləri hətta əsləri boyu saxlanılmışdır. Tamam rəngini itirmiş solğun dəri və qırmızı dodaqlar onların mumiya kimi hazırlanmadıqlarının dəlili idi. Fikirlər çox dəyişik idi; bəziləri düşünürdü ki, bu cəsədlər müqəddəs insanlara məxsusdur, başqaları isə sükuta dalmış vampirlərin olduğu qənaətinə gəlirdilər. Drakulaların Vətəni Vampirlər haqqında əfsanələr neçə əsrlərdir mövcuddur və onların içərisində ən məşhuru qraf Drakula hesab olunur. Tarixçi Bob Kurranın irəli sürdüyü fikirlərə görə qrafın ana vətəni Translivaniya deyil, İrlandiya olmuşdur. Tədqiqatçının araşdırmalarına əsasən Brem Stoker öz romanını “Drakula” – nı yazmışdır və bu tarix V əsrdə Derri qraflğında baş vermişdir. Əfsanələrə əsasən İrlandiya kralı Abartax Krovaviy çox qəddar kiçik boylu bir şəxs olmuşdur. Onun köməkçiləri kraldan o qədər qorxurdular ki, onu öldürməyə belə cəhd göstərmirdilər. Çünki kralın üzərində böyük cadugərin qoruması var idi. Bu zaman onlar digər kral olan Katanın hüzuruna getdilər. Bu zaman onlar həmin şəxsdən öz krallarından canlarını qurtarmaq istədiklərini bildirdilər. Katan özü də Abartaxı çox da sevmirdi, məhz buna görə də xalqın istəyini yerinə yetirmək fikrinə düşdü. Abartaxı dəfn etdilər, bu çox gözəl hadisə kimi qiymətləndirildi. Ətraflı…

SƏNGƏR MƏNİ ÇAĞIRIR!

Avqust 7, 2011 Bir şərh yazın

Uşaqlıqdan hamımızın bir arzusu var idi.Əsgər olmaq.Məndən soruşanda ki,böyüyəndə kim olacaqsan cavabında “əsgər olacağam” deyirdim.Bu fikir təbii ki,uşaq beyninin fikirləşdikləri idi.Zaman keçdi.Fikirlər dəyişdi.Özümüz böyüdükcə xəyallarımız,arzularımız da böyüdü.Özümüzü tanımağa başlayanda ya özümüz,ya da valideynlərin təkidi beynimizdəki planları tamam dəyişdi.Amma bəziləri elə hərbiçi olmaq arzusunu beynindən çıxarmadı və sonda arzusuna çatdı.Məsələn Milli Qəhrəmanımız Mübariz İbrahimov.Uşaqlıqdan arzusu idi hərbiçi olmaq.Vaxt vədə çatdı və o öz arzusuna çatdı.Hərbiçi oldu.Səngər,Vətən torpağı onu öz yanına çağırdı.Arzusu idi şəhid olmaq.Arzusuna çatdı o.Mən də böyüdüm.Uşaqlıq arzum,yəni,”əsgər olmaq” arzusu məndə yerini başqa arzularla əvəz etməyə başladı.Tam fərqli bir sahənin insanı oldum.İqtisadçı oldum.Amma bu o demək deyil ki,əsgər olmaqdan çəkindim.Xeyr!Hərbiçi olmasam da Vətənə hərbi xidmətimi yerinə yetirmək mənim şərəf borcumdur.Nəinki mənim,hər bir Azərbaycan oğulunun borcudur.Mən artıq bunu dərk edirəm ki,səngər məni çağırır.Səngər bizi çağırır.Vətənə borcumuz var bizim.Onun ürəyinin bir parçası qoparılıb.Onu qaytarmaq bizim borcumuzdur.Bilirəm çoxları oxuyub “Sözdü də deyir” deyəcək.Amma bunu da bilirəm ki,bu sözləri o insanlar deyəcəklər ki,sabah müharibə elan olunanda qaçıb gəzlənəcəklər.Gəlin qaçmayaq.Gizlənməyək.Səngər bizi çağırırsa gedək.Vətənin dar günündə ona yardım edək.Vətəndaşlıq borcumuzu yerinə yetirək.İnanıram ki,yazdıqlarımdan kimlərsə nəticə çıxaracaq və Səngərin səsinə səs verəcək.