Arxiv

Posts Tagged ‘mubariz’

O MÜBARİZİN ARXASINCA GETMİŞDİ…

İyun 18, 2011 Bir şərh yazın

Əhmədov Fərid Güloğlan oğlu 19 yanvar 1986-cı ildə Cəlilabad şəhərində anadan olub.1992-cu ildə Nizami Gəncəvi adına Cəlilabad şəhər 1 saylı orta məktəbinin birinci sinifnə gedib və 2003-cü ildə həminməktəbin 11-ci sinfini bitirib.Elə həmin il Fərid Əhmədov H.Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub və2007-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. O, Hərbi Akademiyada oxuduğu illərdə öz qabiliyyəti vəbacarığı ilə müdavimlər arasında fərqlənib. Müdavim Fərid Əhmədov akademiyanı bitirdikdən sonra rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir.O, kursu uğurla başa vuraraq leytenant rütbəsi alır. Daha sonra leytenant Fərid Əhmədov Gəncə şəhərindəyerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilərək, xidmətə başlayır.2008-2009-cu illərdə həmin hərbi hissədə nümunəvi xidmət göstərir.2009-cu ildə Gəncədəki hərbi hissədə xidmətini başavuraraq, cəsur və mərd zabit kimi ön cəbhəyə – Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb.Qısa bir zaman kəsiyində gənc zabit hərbi hissə komandirinin ehtimadını qazanaraq, “N” saylı hərbi hissəninkəşfiyyat bölüyünün komandiri təyin edilib.2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub.Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da qaytarılıb.7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.Noyabrın 7-də prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülür.

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI MÜBARİZ İBRAHİMOV

İyun 11, 2011 Bir şərh yazın

Mübariz İbrahimov 1988-ci il fevralın 7-de Bilesuvar rayonunun Eliabad kendinde anadan olub. 1994-cü il şehid M.Piriyev adına Eliabad kend orta mektebinin 1-ci sinfine daxil olaraq 2005-ci ilde orada orta tehsilini başa vurub.Hemin il heqiqi herbi xidmete çağrılıb. Eskeri xidmetini Daxili Qoşunların “N” saylı herbi hissesinin Xüsusi Teyinatlı Bölüyünde keçirib. Heqiqi herbi xidmetini 2007-ci ilde çavuş rütbesinde başa vurub.Bir müddet mülki işlerde işledikden sonra 2009-cu ilin avqust ayında yeniden gizir rütbesinde herbi xidmetde çalışmağa başlayıb. Bir müddet sonra öz arzusu ile cebhe bölgesindeki herbi hisselerden birinde xidmet etmeye başlayıb.
Qehramanlığı:19 iyun 2010-cu il tarixinde gece saat 23:30 radelerinde gizir Mübariz İbrahimov tekbaşına iki ordu arasındakı 1 kilometrlik minalanmış saheni keçir. Ətraflı…