Əsas səhifə > DİGƏR > ENDİRİM…

ENDİRİM…

Ayaqqabı satan şəxs gətirdiyi yeni ayaqqabıları vitrinə yerləşdirirdi.Çolaq bir uşaq isə dayanib onu izləyirdi.Dərs mövsümü bitmək üzərəydi.Ona görə də sport ayaqqabılara tələbat çox idi.Əslində ayaqqabılar o qədər də bahalı deyildi.Amma balaca bir dükan üçün yetərli idi.Satıcının onların ən gözəllərini vitrinin ön tərəfinə yerləşdirdiyini görüb uşaq vitrinə biraz daha yaxınlaşdı.Lakin uşaq əsadan istifadə edirdi.Həm də çox çətinliklə.Sol ayağının dizdən aşağı hissəsi yox idi.Ona görə də sağa sola səndələyirdi.Uşağın baxdığı ayaqqabılar sanki onu hülyaya qərq etmişdi.Uşaq yoluna davam etmək istəyəndə satıcı dükandan çıxıb:

-Balaca!.Ayaqqabı almaq istəyirsən?Bu ilki modellər çox gözəldir.

Uşaq ona tərəf çevrilərək:

Doğrudan da çox gözədilər!

deyə təbəssüm etdi.

-Amma mənim ayağım doğuşdan əskikdir.

-Məncə önəmli deyil deyə adam dilləndi.Bu dünyada hər şeyi tamam olan insan yoxdur.Kiminin əli yoxdur,kiminin isə ayağı.Kiminin isə ağlı ya da imanı.

Balaca uşaq heçnə demirdi.Satıcı isə sözünə davam edirdi:

-Kaş ki,imanımız əskik olacağına ayağımız olmazdı.

Uşaq bu dəfə satıcıya yaxınlaşıb:

-Anlamadım.Niyə elə olsun ki? deyə sual verdi.

-Çox asan dedi satıcı.Əgər imanımız yoxdursa Cənnətə gedə bilmərik.Amma ayaqlar yoxdursa problem deyil.Onsuz da orda bütün çatışmazlıqlar bərpa olunacaq.Hətta çolaq insanlar sağlamlarla müqayisədə daha çox mükafata layiq olunacaqlar.

Balaca uşaq bir daha gülümsədi.Yarası sanki biraz yüngülləşmişdi.

Satıcı vitrini göstərərək:

-Baxdığın ayaqqabı sənə çox yaraşar. -dedi.

-Yoxlamaq istəyərsən?

Uşaq başını yelləyərək:

-Üzərində 30 AZN yazılıb.Bunu almağım mümkün deyil.

Satıcı cavabında:

Endirim sezonudur.Sənin üçün qiymətini aşağı salaram.Bu zaman 20AZN edəcək qiyməti.Sən də tək tayını alacağına görə qiyməti 10AZN olacaq.

Uşaq biraz düşünərək:

-Ayaqqabının digər tayı artıq lazımsız olacaq axı.Onu kim alacaq?

Satıcı gülümsəyərək:

Onu da sağ ayağı olmayan birinə sataram -dedi.

Bu fikir uşağın ağlına yatmışdı.Satıcı sözünə davam edərək:

Üstəlik də şagirdsən.5 AZN də şagird endirimi etsək bu da edər 5 AZN.Zatən bazarlıq etsəydik 5 AZN də qiyməti aşağı salardım.Buyur Ayaqqabı sənindir.

Satıcı uşağın təəccübü baxışları arasında dükana girdi. Vitrindən birini götürüb stul gətirdi.Uşağa oturmağa kömək etdi.Yeni ayaqqabını uşağın ayağına geyindirdi.Uşağın köhnə ayaqqabısını göstərərək:

-Sən də bu ayaqqabını mənə sat dedi.

Uşaq satıcıya zarafat edirsiniz? deyərək:

Onun hər yeri deşilib.Pula dəyməz.Köhnə bir ayaqqabıdır.

Satıcı yenidən gülümsəyərək:

Sənin deyəsən dünyadan xəbərin yoxdur.Köhnə mallar indi çox baha qiymətə satılır.Bunu satsam Ən azından 30-40 AZN edər.

Uşaq ard-arda yaşadığı şokları üzərindən ata bilmirdi.Sanki yuxuda idi.Həm də həyatının ən gözəl yuxusunda.

Satıcı həyəcandan əlləri tərləmiş uşağın əllərini açaraq 30 manatı onun əlinə qoyur.Uşaq pula baxaraq 10 manatı geri qaytarır və :

-Mənə 20 AZN də bəs edər deyir.Bayaq özünüz dediniz axı endirim mövsümü başlayıb.

Satıcı onu qırmayıb pulu götürür və uşağın üzündən öpür.

Satıcının nədənsə sevincinin həddi-hüdudu yox idi.Bütün ayaqqabıları bir gündə satsa bəlkə də bu qədər sevincli olmayacaqdı.Uşaq isə yavaşca yerindən qalxır.Sanki artıq əsaya ehtiyacı yox idi.İsti bir təbəssümlə təşəkkür edib:

-Atam haqlı imiş.Çolaq olduğum üçün üzülməyə dəyməzmiş?.! demişdi.

SƏBR EDƏNLƏRİN AXİRƏTDƏ MÜKAFATLARI SONSUZDUR.

Kateqoriyalar: DİGƏR
  1. Ayka
    May 1, 2012 tarixində, saat 10:19 axşam

    Cox beyendim.qeweng hekayedi

  2. Nicat
    May 20, 2012 tarixində, saat 11:28 səhər

    super. menim serh yazmaga sozum qalmadi VALLH superiydi(((

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma