YAŞAMAQ!!!

Yaşamaq – vücudun var olması deməkdir.

Yaşamaq – cismlə ruhun vəhdəti deməkdir.

Yaşamaq – qəlb atışlarının davamlı vurması deməkdir.

Yaşamaq – ömür karvanında yolçuluq deməkdir.

Yaşamaq – nəhayi kamala təkamül deməkdir.

Yaşamaq – təfəkkürü xətalardan qorumaq deməkdir.

Yaşamaq – həyatın hər səhnəsinin qəhrəmanı olmaq deməkdir.

Yaşamaq – məqsədə doğru -“doğru” vektor olmaq deməkdir.

Yaşamaq – zirvələrə ucalmaq deməkdir.

Yaşamaq – həyat qumsalına izlər salmaq deməkdir.

Yaşamaq – əbədi bir ülfət qurmaq deməkdir.

Yaşamaq – beşikdəki körpəyə lay-lay çalmaq deməkdir.

Yaşamaq – inamla addımlamaq deməkdir.

Yaşamaq – ayaqda durmağı bacarmaq deməkdir.

Yaşamaq – İlahi qaydalara itaət etmək deməkdir.

Yaşamaq – sahib olduqlarının fərqinə varmaq deməkdir.

Yaşamaq – nemətlərin şükrünü əda etmək deməkdir.

Yaşamaq – gözəl baxıb, gözəl düşünmək deməkdir.

Yaşamaq – zülmətləri nurlandırmaq deməkdir.

Yaşamaq – gərçəkdən sevib-sevilmək deməkdir.

Yaşamaq – göz yaşlarında islanmaq deməkdir.

Yaşamaq – könülləri oxşamaq deməkdir.

Yaşamaq – qəlbləri fəth etmək deməkdir.

Yaşamaq – həsrət atəşi ilə yanıb-tutuşmaq deməkdir.

Yaşamaq – yaralara məlhəm olmaq deməkdir.

Yaşamaq – dərdlərə dəva olmaq deməkdir.

Yaşamaq – şəfqət göstərmək deməkdir.

Yaşamaq – nəvazişı duymaq deməkdir.

Yaşamaq – möhtaca əl tutmaq deməkdir.

Yaşamaq – məzluma qucaq açmaq deməkdir.

Yaşamaq – mərhəmət etmək deməkdir.

Yaşamaq – qəmlinin qəmini dağıtmaq deməkdir.

Yaşamaq – paylaşmaq deməkdir.

Yaşamaq – fəda etmək deməkdir.

Yaşamaq – Yaradana yönəlmək deməkdir.

Yaşamaq – səcdələrə qapanmaq deməkdir.

Yaşamaq – hər gün Qibləyə üz tutmaq deməkdir.

Yaşamaq – axirətə tədarük görmək deməkdir.

Yaşamaq – əhdə vəfa etmək deməkdir.

Yaşamaq – nəfsə qalib gəlmək deməkdir.

Yaşamaq – zillətdən uzaq olmaq deməkdir.

Yaşamaq – zulmə yenilməmək deməkdir.

Yaşamaq – həqiqət carçısı olmaq deməkdir.

Yaşamaq – haqqı hayqırmaq deməkdir.

Yaşamaq – hər növ cihadın mücahidi olmaq deməkdir.

Yaşamaq – Həzrət İbrahim kimi atəşə girmək deməkdir.

Yaşamaq – Həzrət İsmayıl kimi qurban olmaq deməkdir.

Yaşamaq – Həzrət Musa kimi dəryalara dalmaq deməkdir.

Yaşamaq – Həzrət Əyyub kimi səbir etmək deməkdir.

Yaşamaq – Həzrət Həmzə kimi savaşa atılmaq deməkdir.

Yaşamaq – Həzrət Muhəmməd (s) kimi bəşərə örnək olmaq deməkdir.

Yaşamaq – Həzrət Əli (ə) kimi elm qapısı olmaq deməkdir.

Yaşamaq – Həzrət Fatimə (s.ə.) kimi ana, qız, yoldaş olmaq deməkdir.

Yaşamaq – Həzrət Həsən (s) kimi helm və səbir təcəssümü olmaq deməkdir.

Yaşamaq – Həzrət Hüseyn kimi şəhadəti dadmaq deməkdir.

Yaşamaq – Həzrət Zeynəb (s.ə.) kimi gözəllik görmək deməkdir.

Yaşamaq – Həzrət Əbülfəzl Abbas (ə) kimi ələmdar olmaq deməkdir.

Yaşamaq – Həbib ibn Məzahir kimi qoca olmaq deməkdir.

Yaşamaq – Əli Əkbər (ə) kimi, Qasim kimi cavan olmaq deməkdir…

  1. Mart 22, 2012 tarixində, saat 8:52 axşam

    yaşamaq səhv etməkdən qorxmamaqdır

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma