Əsas səhifə > AZƏRBAYCAN, SADƏCƏ DAXİL OLUN > QƏHRƏMAN DÖYÜŞÇÜ

QƏHRƏMAN DÖYÜŞÇÜ

…Yaralanmışdı. Budunu dəlib keçən güllə yerindən qan
fışqırırdı. Uşaqlıq dostu və döyüşçü yoldaşı Altay “kamuflyaж”dan cırdığı parça ilə onun yarasını bərk-bərk bağlasa da, qan dayanmaq bilmirdi. Şahin tez-tez inildəyirdi…Səhər tezdən ermənilərin qəfil hücumu başlanmışdı. Qeyri-bərabər qüvvələrlə döyüşdə kəndin müdafiəsində dayanmış on beş nəfərlik dəstədən yeganə sağ qalan bu iki nəfər idi. Şahin də yaralandığı üçün ya Altay təkbaşına düşmənə cavab verməli, ya da kəndi tərk etməli idilər. Ancaq Şahinin yarası ağır olduğundan yerindən tərpənə bilmirdi.Şahin bir anlığa xəyala daldı. Ulu Göyçədə dostu Altayla keçirtdiyi uşaqlıq illərini, sevgilisi Arzuyla birgə olduğu xoşbəxt anları xatırladı. Dərindən köks ötürdü. “Kamuflyaж”ın döş cibindən çıxartdığı Arzu ilə qoşa çəkdirdiyi şəklə və sevgilisinin sonuncu dördkünc məktubuna xeyli tamaşa etdi. Dərindən ah çəkdi. Erməniləri atəşə tutan Altayı səslədi:
– Altay, yaxın gəl.
Altay güclə nəfəs alan dostuna yaxınlaşdı.
– Sənin burda qalmağın məsləhət deyil. Mən bu dığalara cavab verəcəyəm. Sən buranı təcili tərk elə.
Dostu təəccüblə Şahinə baxdı.
– Mən səni burada tək qoyub gedə bilmərəm. Ölsək də bir yerdə ölməliyik, qalsaq da bir yerdə qalmalıyıq.
– Yox, Altay, sən buradan mütləq getməlisən. Ana Vətənin sənin kimi qeyrətli, mərd oğullara hələ çox ehtiyacı var. Sən hələ bu xalq üçün çox şey edə bilərsən. Ən əsası da odur ki, səndə olan məxfi sənədlər düşmənin əlinə keçməməlidir. Həm də arxayın olaram ki, mənim qanım yerdə qalmaz. Sən mənim qisasımı yağı düşməndən alarsan, mənim də ruhum şad olar.
Şahin əlindəki şəkli və məktubu dostuna sarı uzatdı.
– Altay, bunları da Arzuya çatdırarsan. Ona deyərsən ki, Şahin səni dünyalar qədər sevir, amma Vətənə bəslədiyi məhəbbəti sənə olan sevgisindən daha üstündür. Vətən mənim üçün Arzudan daha doğma, daha əzizdir. Qoy o məni unutsun, başqasıyla ailə qurub xoşbəxt olsun. Valideynlərimi də sənə tapşırıram. Onlardan muğayat ol. Sənə də vəsiyyətim odur ki, əgər meyidimi tapa bilsəniz, məni babamın qəbrinin yanında dəfn edərsiniz.
Gözləri yaşarmış Altay dostunu sonuncu dəfə bağrına basdı. Şahinin gözlərindən öpdü. Ah çəkdi. Pıçıltılı səslə, “Xatircəm ol, əziz dostum”, dedi və könülsüz-könülsüz dostundan uzaqlaşdı.
Şahin qüvvəsini toplayıb başını qaldırdı. Yaxınlaşmaqda olan erməni tankını gördü. Nifrətdən onu qəzəb hissi bürüdü. Yanındakı yük çantasında olan sonuncu qumbaranı götürdü. Ayaqlarının qıc olmasına baxmayaraq, tanka sarı sürünməyə başladı. Artıq tank yaxınlaşmışdı. Şahin onun bir neçə metrliyində idi. O sonuncu dəfə qüvvəsini toplayıb qumbaranı tanka tərəf atdı. Dəhşətli partlayış səsi eşidildi…
…Döyüşçülər Şahini tapanda o artıq dünyasını dəyişmişdi.

TƏBRİZ VƏFALI

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma