Əsas səhifə > AZƏRBAYCAN, AZƏRBAYCANIN TARİXİ > QARABAĞDAN MƏKTUB VAR

QARABAĞDAN MƏKTUB VAR

Qarabağdan bir məktubun var…Sevgilindən bir məktubun var deyə daxil oldu anam  otağa…Necə sevinmişdim,az qalırdı icəri daxil olub,mənə məktubu verən insanın anam olduğunu unudub,uşaq kimi hönkür-hönkür ağlayam….Elə o an yadıma düşdü ki,özümə söz vermişəm bir sevgilim Qarabağla qovuşanda ağlayacam,bir də mənim sevgilimi məndən qoparıb,ona pis işlər gördürən düşmənim erməniləri məhv etmək üçün onların üzərinə gözlərini qırpmadan gedən Mubariz,Fərid kimi Şəhidlərimi son mənzilə yola salarkən…………………Sevgilim indi sən məni qınaya bilərsən ki,bəs niyə onlar gəlir məni azad etməyə səngəlmirsən,axı mən sənin sevgilinəm,yoxsa….,?-Yox,başqa şey fikirləşmə!!!Təbii ki sən mənim sevgilimsən.Sadəcə olaraq mən-özündə 60milyon Türkü birləşdirən-hələ qeyrətə gələ bilməmişəm.Mən hələ NATO,BMT,ATƏT,MDB kimi day-dayların laylasına qulaq asıram.Bu day-daylar yaman cox danışandılar eeee,sevgilim..Hələ 18ilir ki,mənə nağıl danışırlar..Və mən 18ildir ki,başımda duranların “gələn il Qarabağı qaytaracağıq” sözünü eşitməkdən bezməmişəm….Bəsdi artıq dəli kimi öz-özümlə danışdım,bəlkə məktubu oxuyum???

“Ey, yar mən səni gozləyirəm!

Ey yar, daha bezmədinmi yalanlar oxumaqdan mənə…ozu də uzaqlardan. Bir zamanlar sənin sevgilin, cananın mən idim. Xatırlarsan, başımın tacı, deyərdin mənə. Bəs indi noldu, nə tez unutdun məni? Bu qədər dəyərsiz oldum sənin ucun bir anda?! Mənə yadlar sevgi elan edərkən, sənin başın bu qədər mi ozunə qarışdı?!

Zamanında gozlərini qaldırıb uzumə baxmadın. Baxmaq istəyəndə gozunu qapatdılar, sən də izn verdin. Yoxsa urəyindənmi idi məndən qurtulmaq? Dəyərim bəs olculməz idi, sənin ucun?! Bilmirəm, artıq səni tanıyamıram. Yoxsa sevəcək bir cananmı tapdın, daha məni gormur gozlərin?

Sevgini də boşverdim. Bəs mən sənin şərəfin, iffətin idim?! Yoxsa bunu da mı unutdun? Xeyr, buna hələ də inanmıram, inanmaq istəmirəm. Sən mənə toxunan əlləri gorməməzlikdən gələcək qədər kor ola bilməzsən! Bu qədər kicilə bilməzsən! Sən bu ola bilməzsən!

Telimi qısqanardın kuləyə. İndi yadların əlinə supurgədir o tellər. Sən hələ də tamaşa etmək istəyirsən? Dodağıma qonan guluşu həsədliklə izlərdin. İndi o guluş zor gucunə yadların opuşunə cevrilir. Bunu da mı izləyəcəksən?! Xeyr, sən bu ola bilməzsən. İnanmaq istəmirəm, inanmıram!

İзimdən hayqırıb ağlamaq gəlir, amma bunu da cox gorurlər mənə. Daha dayanacaq gucum qalmayıb, bunu anlamaq bu qədər cətinmi? Mən sənə qovuşmaq, uşaqlarına ana olmaq istərkən, yadlar məndən ovlad istəyirlər. Bir dillən, necə dozum bunlara?

Xeyr, inanmıram. Bunlar sadəcə acı bir yuxudur. Sən mənimləsən, elə deyilmi? Amma yox, yuxu ola bilməz, bu. Mən sənsizkən necə gozlərim rahatlıq tapsın da, yatsın axı. Amma deyəsən sən şirin yuxular gorursən, ozu də cananlarla. Xeyr, buna da inanmaq istəmirəm. Sən bu qədər sədaqətsiz, sevgisiz ola bilməzsən.

Gorursən, hələ də namını vermirəm heckəsə. Hələ də səni gozləyirəm, sənə qovuşacağım gunu gozləyirəm. Əvvəlki tək sənə bağlıyam, sənə sevdalıyam, ey yar! Ruhum goy uzu qədər azaddır, cismim aramızdakı divarlara bağlı olsa da. Qəlbimdə acılan yaraları saracağın gunu gozləyirəm. Gozumə goz dikən, cismimə yiyəlik edən, ruhuma sahiblik iddia edən yadı qanıyla yuyacağın gunu gozləyirəm. Şərəfimi, iffətimi yerlərdə surutləyən yadı zərrəsinə qədər məhv edəcəyin gunu gozləyirəm. Ey, yar mən səni gozləyirəm….”

-Bəlkədə duz deyirsən…Mənim namusum,şərəfim qalmayıb,artıq…Bəlkədə sevgilim,mən artıq səni unudmağa başlayıram.Axi mən indi,cata oğlan adı ilə girmiş oğlanlarla danışıram və goruşəndə onun bir narkoman olub,məndən pul almaq ucun belə etdiyini anlayıram…Axı mən yoldan otən Salatınlarım,Fərizələrim olacaq qızların arxasıyca agzımın suyunu axıda-axıda baxıram….

-Sən mənə qovuşub,uşaqlarımıza ana olmaq istərkən,mənim ana olan muğənnilərim yenicə doğulan uşaqlarını oldururlər..

-“Mən səninləyəm?”- vAllah mən ozum belə bu sualın cavabını dəqiq bilmirəm…sənə dəqiq cavab verə bilməyim ucun gərək ki,icazə alam “boyuklərimizdən”…

-Amma sənə bir şeyi etiraf etməliyəm ki,mən sənə nə qədər namussuz,şərəfsiz kimi gorunsəmdə bu,həm bir o qədər doğru,həm də,bir o qədər doğru deyil…Sənin bu məktubundan sonra az da olsa qeyrətə gəldim mən!!!

Sənin indi yad əldə olmağında mən nə qədər gunahkaramsa bir o qədər də,qonşumuz olan Rusiya gunahkardı…

Mən neyləyim ki,qonşumuz

                                      Yapışıb şər əlindən,

                                      Şəri silahlandırıb.

                                      Necə boylu gəlini

                                      Diri-diri yandırıb.

Mən o qonşumuzla birlikdə FAŞİSTlərə qarşı 6il savaşmışam..Amma nə biləydim ki,

                                     Necə nəsil qovrulub,

                                     Alışıb oz qanında.

                                     Sən demə faşist qanı

                                     Varmış qonşu qanında.

Mən sənin əlində olduğun adamlarla vaxtilə birlikdə oturub duz-corək kəsmişəm..Onların toyuna gedmişəm,onlar Toyumuza gəlib….

                                    Gozəlliyə qəsd edib

                                    Bu nankor şər bəndəsi.

                                    Elə bil Allahın da

                                    Yasa batıb rəndəsi.

                                   Rəndələmir xaini,

                                   Yontalamır cəlladı.

                                   Axı ərşə cıxıbdı

                                   Anaların fəryadı…..

Mən nə biləydim ki,gun gələcək mənim vətəndaşım torpağını erməniyə satacaq

                                   Otəri gileyin bir guzəşt kimi

                                   Ona guc verəcək,təkan verəcək.

                                   > olan baltalar

                                   Ona yer verəcək,məkan verəcək…

Bax indi,bugun mən o baltaları təmizləklə məşğulam…onları təmizlədikdən sonra əmin olacam ki,daha səni kimsəyə sata biləcək satqınlar yoxdu olkəmdə və bax o zaman mən gələcəm o Şərəfsiz duşmənlərimin ustunə…….EY YAR MƏNİ GOZLƏYİRDİN,GOZLƏ AZ QALIB,MƏN GƏLİRƏM!!!!

QARABAGIN yazdigi hisseni Nermin Turk qizi qeleme alib…

H.Qurbanov

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma