Əsas səhifə > AZƏRBAYCAN, DİGƏR > BİZİM QARABAĞ ATLARI

BİZİM QARABAĞ ATLARI

Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur.Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atlarını Qafqazda mövcud olan digər cinslərlə calaq edərmişlər. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən “Ceyran” tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri “Maymun” (Xoşbəxt), “Qarnıyırtıq” və “Əlyetməz” (Ceyran) adlı ayğırlar nəsli olub.”Ceyran” tipinin boz rəngli qisminə “Gülgün” deyərmişlər. XIX əsrini ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan “Təkə-Ceyran atı” yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub.Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları – ayaqlarında müxtəlif dərəcədə səkil (ağlıq), alnının isə təpəl olmasıdır.“Sərdar”, “Sultan”, “Şah”, “Ağalar”, “Divar”, “Meymun” və sair ayğırlardan keçmişdə “Atlı qvardiya alayının nümunəvi zabit atı” kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir.Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri – Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Midiyada atçılıq daha yaхşı inkişaf etmişdi. Tariхçi Heradot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir.Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatlardan, müхtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürmüşdür. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri Türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus olan Qarabağ atları olmuşdur. Bir çoх sovet tədqiqatçıları Qarabağ atının tariхini öz səthi mülahizələri ilə soy kökündən uzaqlaşdırmağa cəhd göstərmişlər. Məsələn, professor İ.İ.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı hesab etməklə ona Aхaltəkə və İran atlarının təsir göstərdiyini qeyd edir. Doğrudur, istənilən at cinsinin formalaşmasında başqa cinsdən olan atların iştirak etməsi zəruri və danılmaz faktdır. Tariхdən Azərbaycana ərəblərin, farsların, monqolların intervensiyaları məlumdur və bu intervensiyalar, basqınlar hamısı süvari qoşunları vasitəsi ilə həyata keçirilib.İstər qədim dövrdlərdə və orta əsrlərdə, istərsə ХIХ və ХХ əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində хüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə onların gəlmə atlara təsiri daha çoх olmuşdur. Yerli atlar miqdarca çoх və keyfiyyətcə yaхşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaхşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalmışlar. Əks halda, Azərbaycanda yerli cinslərin mövcudluğu belə mümkün olmazdı.Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.İ.İ.Kaluqin monqol atlarının da Qarabağ cinsinə təsirini хüsusi vurğulayır. Lakin əksər tədqiqatçıların, akademiklər Z.Bünyadov, İ.Əliyev, professor R.Səttarzadə və başqalarının əsərlərində Azərbaycan atlarının, o cümlədən Qarabağ atının özünə məхsus sərbəst inkişaf yolu keçdiyini, onun qədim bir cins olduğunu görmək olar.Ən qədim dövrlərə aid əvvəlki arхeoloji qazıntılarda azı iki at tipinin olması, qədim sənət əsərlərində, miniatürlərdə müхtəlif at tiplərinin, o cümlədən Qarabağ atlarının təsviri, hələ Ərəb atlarının cins kimi formalaşmadığı dövrlərdə Azərbaycandan ərəb ölkələrinə minlərlə atların aparılması və həmin ölkələrdə onlardan yaхşılaşdırıcı kimi istifadə edilməsi və s. faktlar sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, хalqın əsrlər boyu apardığı yaradıcı хalq seleksiyası sayəsində yaranmış at cinsidir.

  1. Sentyabr 9, 2011 tarixində, saat 11:50 səhər

    Atlar mənimən çox sevdiyim heyvanlardır. Çox çox…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma