Elektron Hökumət

Demokratik institutların gücləndirilməsi və ictimai və siyasi fəaliyyətdə vətəndaşların iştirakının genişləndirilməsi üçün informasiya infrastrukturlarının və informasiya-kommunikasiya texnologiyalarının istifadəsi «elektron demokratiyanın» (e-demokratiyanın) mahiyyətini təşkil edir. Məhdud və geniş mənalarda elektron demokratiyanı fərqləndirirlər. Sözün məhdud mənasında  e-demokratiya bu və ya digər rəsmi qərarlar tələb edən müvafiq konstitusiya hüquqlarının təmin olunması üçün elektron dəstəyin istifadə olunmasından ibarətdir. Sözün geniş mənasında e-demokratiya anlayışı fikirlərin nəzərə alınması və vətəndaşlar ilə təşkilatların siyasi münasibətlərə və proseslərə cəlb olunması deməkdir.Əgər «elektron demokratiya» anlayışının təkamülünü nəzərdən keçirsək, o zaman onun inkişafı prosesində bir neçə vacib pillələri qeyd etmək mümkündür. Onlara ilk növbədə, «teledemokratiya» anlayışını şamil etmək lazımdır. Bu anlayış XX əsrin 60 illərinin sonlarında – 70 illərin əvvəllərində kabel televiziyası kanallarının meydana çıxması ilə yaranmışdır. Teledemokratiya elektron demokratiyadan əvvəl gələn forma kimi nəzərdən keçirilə bilər. Teledemokratiyanın məzmunu televiziya və ya telefonun eyni zamanda istifadə olunması yolu ilə bu və ya digər siyasi debatlarda vətəndaşların iştirakı imkanını əks etdirir.  Tamaşaçılar televizor vasitəsilə hər hansı bir siyasi tədbiri müşahidə edərək telefondan istifadə etməklə bu tədbirdə iştirak edə bilərlər. Teledemokratiyanın məqsədi vətəndaşların siyasi prosesdə birbaşa iştirakının artımına yardım göstərməkdən və elektron kommunikasiya vasitələrinin texniki imkanları əsasında struktur islahatları irəli çəkməkdən ibarətdir.

Lakin, 80 illərin sonunda televiziyadan və telefondan istifadə etməklə keçirilən eksperimentlərin demokratiyanın nə yeni formalarına, nə də vətəndaşların siyasi fəallığının fəallaşdırılmasına gətirib çıxarmadıqları məlum olmuşdur. Bütün bunlar ilə yanaşı «teledemokratiya» gələcək «elektron respublikanın» əsasını qoymuşdur. O, 80 illərin sonunda Y. Xabermas tərəfindən işlənib hazırlanmış ictimai sahədə islahatların keçirilməsi istiqamətlərinin nəzəri əsaslarına istinad etmişdir. O, yaranmış kiber məkanını aktual ictimai problemlər ilə bağlı sərbəst müzakirələrin məkanı kimi çıxış edən yeni ictimai sahə kimi, eləcə də, hər bir vətəndaşın nəinki münasibət bildirdiyi, eləcə də, dinlədildiyi sahə kimi təyin etmişdir.

Elmi birlik Ö. Xabermasın ideyalarına əsaslanaraq  vətəndaş cəmiyyətinin strukturlarının formalaşması proseslərinin və yeni texnologiyaların arasındakı qarşılıqlı əlaqənin öyrənilməsinə, demokratiya təcrübələrində İnternet kompyüter şəbəkəsinin və informasiya infrastrukturunun rolu və yerinin təyin olunmasına yönəlmiş tədqiqatları inkişaf etdirməyə başlamışdır. Kibernetik məkanın yaradılmasının çərçivələri daxilində elektron demokratiyaya keçid konsepsiyasında əsas anlayış kimi nəzərdən keçirilən «kiberdemokratiya» anlayışının meydana çıxması baş verir.

90 illərin əvvəllərində qlobal kompüter şəbəkəsində bir tərəfdən, dövlət əhəmiyyətli qərarların qəbul olunması proseslərində inqilabi dəyişiliklər aparmağa qadir olan böyük potensialın əksini tapması haqqında anlayış yaranmış, digər tərəfdən isə  – «virtual birliklər vətəndaşlara demokratiyanı canlandırmaqda kömək edə bilərdilər».  Bu ərəfədə Q. Reynqoldun təşəkkül tapdığı «virtual konsepsiyası» konsepsiyası kompüter şəbəkələrinə istinad edir, və bu şəbəkələr demokratik dəyərlərin möhkəmləndirilməsi üçün zəruri sosial kapitalın yaranmasına yardım göstərən vasitə ola bilər.

Kompyüter şəbəkələrinin ictimai fikrə və məhdud səsverməyə dair sorğuları minimal xərclər ilə  və kifayət qədər sürətlə keçirməyə, yəni, dövlət strukturları tərəfindən qəbul olunan qərarların işlənib hazırlanmasına vətəndaşların təsirini şəxsləşdirməyə, onların yerinəi yetirilməsinə nəzarəti həyata keçirməyə və bununla da demokratiyanın əsasverici meyarlarını realizə etməyə imkan verdikləri məlum olmuşdur.

Elektron demokratiya təşəkkül tapmasının ilkin mərhələlərində bir qayda olaraq, vətəndaşların hökümətin ictimai baxımdan əhəmiyyətli informasiyasına daxil olmalarını təmin etməklə, eləcə də, hökümətin bu və ya digər qərarları ilə bağlı səs vermək imkanını təqdim etməklə məhdudlaşır. Sonrakı təkamül hər iki tərəfin imkanlarını genişləndirir və vətəndaşlarda istənilən münasib iştirak səviyyəsini sərbəst şəkildə seçmək imkanının yaranmasında təzahür edir.

Bütün bunlar ilə yanaşı, vətəndaşların ictimai fəallığının artırılması üçün dövlət tərəfindən yaradılan «elektron demokratiya» kimi eksperimental layihələr təcrübədə öz funksiyasını yerinə yetirə bilməmişdirlər. Lakin, onlar informasiya cəmiyyətinin ideyalarının həyata keçirilməsinə yardımçı olub, ABŞ – da Milli İnformasiya İnfrastrukturunun Doktrinası (NII) kimi layihələrin və Avropada oxşar layihələrin inkişafına təkan vermişdirlər və onların həyata keçirilməsində də dövlət hakimiyyəti orqanlarını, vətəndaşları və biznesi fəal şəkildə cəlb etmək nəzərdə tutulurdu.

Təcrübədən göründüyü kimi, icra hakimiyyəti orqanları tərəfindən funksiyalarının yerinə yetirilməsi üçün inforkommunikasiyanın fəaliyyətinə dəstək vermək üçün kiber məkanın sosial institutu kimi çıxış edən dövlət maraqlıdır.  Bu dövlətin fəaliyyətinin tərkib hissəsi olub, obrazlı olaraq «elektron hakimiyyət» adlandırılmışdır.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma