Əsas səhifə > XƏBƏRLƏR / NEWS > ABİTURİYENTLƏRƏ UĞURLAR!!!

ABİTURİYENTLƏRƏ UĞURLAR!!!

Sabah ilk olaraq 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.Qabaqcadan bütün imtahan verənlərə uğurlar.Bu postda sadəcə içimdən gələnləri yazacam.Mən də 2 il qabaq abituriyent idim.Lakin mən 2-ci ixtisas qrupu üzrə imtahan verirdim.İmtahandan bir gün qabaq artıq həyəcandan bir yerde qala bilmirdim və məcburən bütün günümü Dənizkənarı Bulvarda və şəhərin müxtəlif yerlərində keçirmişdim yorulacağımı bilə-bilə.Nəisə gece evə gəldim.Həyəcan yenə də maksimum həddə idi.Yatmaq vaxtı idi.Bunu abituriyentlər daha yaxşı bilər yəqin.Yatmaq olar heç?)))Səhəri necə açdımsa onu bir Allah bilir.Səhər açıldı.Hamı yuxudan durdu.Evdə səs-küy.Aləm dəyib bir-birinə.Çox uzatmayım.Evdən çıxdım və imtahanın keçiriləcəyi məkana getdim.İmtahanın keçiriləcəyi binanın qarşısında sözün əsl mənasında izdiham var idi.İmtahan verməyə gələnlərdən çox onların qohumları gəlmişdi.Başıvızı ağrıtmayım.Abituriyentləri bir-bir yoxlayıb imtahan zalına buraxmağa başladılar.İmtahan saat 11:00-da başlayır.Amma uşaqları saat 9-dan yığmışdılar ora.Nəticədə abituriyentlər,əsasən də qız abituriyentlər həm fiziki həm də mənəvi olaraq yorulmağa başlamışdılar.Bir müddətdən sonra saatlar 11:00-u göstərməyə başladı.Cavab kartları və sual kitabçaları paylandı.Abituriyentlər,həmçinin mən də başladıq gücümüzü göstərməyə.Yanımda bir qız oturmuşdu.Çox həyəcanlı idi.Bəlkə də həyəcandan olacaq ki artıq 2 saat keçməsinə baxmayaraq hələ də 80% sualları cavablandırmamışdı.Sonda baxdım ki riyaziyyat fənnindən heç bir sual qaralamayıb cavab kartında.Çox heyfislənmişdim.İmtahan sona çatdı.Mən də hamı kimi imtahanın keçirildiyi binadan bayıra çıxdım.Yay ayı olduğu üçün qızmar günəş var idi.Çıxanda məni ilk qarşılayan atam və dostlarım oldu.Birlikdə evə getdik.Axşam düzgün cavablar televiziya vasitəsilə yayımlandı.Nəticədə öz hesabımla 70 % nəticə göstərmişdim.Bir neçə gün sonra topladığımız ballar açıqlandı.517 bal yığdığımı öyrəndim.Universitetlərin siyahısını yazdım.Nəticələr açıqlananda Azərbaycan Dövlət İqtisad Universitetinə həm də dövlət sifarişi ilə qəbul olunduğumu öyrəndim.Çox sevinirdim.Artıq 3-cü kursda oxuyuram.Sabahkı və ümumiyyətlə bütün abituriyentlərə məsləhətim budur ki imtahan zamanı həyəcanı mümkün qədər azaldın.Suallara diqqətlə fikir verin.Tələsməyin.Bilmədiyiniz sualları cavablandırmayın.Bilirik axi 4 səhv 1 düz cavabı ləğv edir.))))))Ona görə də yalnız bildiyiniz və əmin olduğunuz sualları səbr və təmkinlə cavablandırın.İnanıram ki əgər oxuyub əziyyət çəkmisinizsə bu əziyyətiniz yerdə qalmayacaq.Siz də buna inanın.Sizə uğurlar.Allah yardımçınız olsun.Amin.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma