Əsas səhifə > AZƏRBAYCAN, SADƏCƏ DAXİL OLUN > ONLAR SEVGİNİN TARİXİNİ YAZDILAR!

ONLAR SEVGİNİN TARİXİNİ YAZDILAR!

…1970-ci il av­qus­tun 11-də ana­dan olub Fə­ri­zə. 1962-ci il iyu­nun 12-də də İl­ham. Bo­ya-ba­şa do­lub­lar. Ata­la­rı­nın, ana­la­rı­nın göz bə­bə­yi, sı­ra­dan gənc­lər və və­tən­daş­lar olub­lar. Son­ra qar­şı-qar­şı­ya gə­lib se­vib-se­vi­lib­lər. Bir-bi­ri­ni ta­pıb “yar” de­yib­lər. Bir-bi­ri­nin ya­rı­sı olub­lar. Vaxt ötüb, za­man ke­çib, İl­ha­mın ata-ana­sı el­çi dü­şüb Fə­ri­zə­gi­lə gə­lib­lər. Al­la­hın əm­ri, pey­ğəm­bə­rin şə­riə­ti ilə qız is­tə­yib­lər. Se­vən­lə­ri ayır­maq ol­maz ya… Fə­ri­zə­nin ata-ana­sı da be­lə edib və 1989-cu il mart ayı­nın 8-də əziz-xə­ləf və se­vim­li qız­la­rı­nı İl­ham ad­lı ər oğ­lu­mu­za ver­dik­lə­ri­ni bə­yan edib­lər. Qı­zın “hə”si ve­ri­lib…

 …11 gün son­ra – 1989-cu ilin mart ayı­nın 19-da ni­şan mə­ra­si­mi ke­çi­ri­lib və tə­rəf­lər ge­niş şə­kil­də şad­ya­na­lıq edə­rək, ta­ri­xi­mi­zin bu mü­ba­rək gənc­lə­ri­ni bir­ləş­di­rib­lər. “Za­man su ki­mi axıb ke­çər” de­yib­lər. Za­man su ki­mi axıb tez ke­çib.…1989-cu il iyun ayı­nın 11-də Fə­ri­zə­nin ata-ana­sı qız to­yu­nu, İl­ha­mın ata-ana­sı da İYU­NUN 30-da oğul to­yu­nu ke­çi­rib, mu­rad­la­rı­na ça­tıb­lar…Be­lə­cə, bir-bi­ri­nə qo­vu­şub ta­mam­la­nan ya­rı­lar düz 6 ay şad-xür­rəm ya­şa­yıb­lar. Düş­mən ba­şı­mı­zın üs­tü­nü ala­na ki­mi. 1990-cı il 19-dan 20 yan­va­ra ke­çən ge­cə düş­mən məm­lə­kə­tə hü­cum edib. Düş­mə­nin hü­cu­mu qar­şı­sın­da öl­kə­nin Ər oğul­la­rı kü­çə­lər­də dö­yü­şə çı­xıb, müs­tə­qil­lik qa­zan­dı­rıb, baş ucal­dıb­lar. İl­ham da on­lar­dan bi­ri. Və Şə­hid olan­la­rın içə­ri­sin­də onun da adı olub. Mil­lə­ti­mi­zin bu Ər oğ­lu­nu Xır­da­lan­da­kı qə­bi­ris­tan­lıq­da dəfn edib­lər. İki gün ke­çib. Qə­ra­ra gə­li­nən­də ki, Şə­hid­lə­ri son­ra­dan “Şə­hid­lər Xi­ya­ba­nı” ad­la­na­caq mü­qəd­dəs mə­kan­da tor­pa­ğa ver­sin­lər, İl­ha­mı da gö­çür­mək mə­sə­lə­si or­ta­ya çı­xıb.

 

…Bu ara­da bir Fə­ri­zə­miz də var­dı ya… O da na­ra­hat­dır… Fə­ri­zə elə bil baş­qa dün­ya­da idi. Heç ki­mi gö­zü gör­mür­dü. Elə hey, “İl­ham, mən sən­siz ya­şa­ma­ya­ca­ğam”, “söz ve­ri­rəm, gə­lə­cə­yəm” de­yir­di. Mə­lum olan­da ki, İl­ha­mı da “Şə­hid­lər Xi­ya­ba­nı”nda bas­dı­ra­caq­lar, özü­nə yer tap­mır­dı. Hər şe­yə “yox” de­di Fə­ri­zə, “İl­ham­sız ya­şa­ma­ya­ca­ğam.” Be­lə­lik­lə, İl­ham Xır­da­lan­da­kı mə­zar­dan çı­xa­rı­lan gün, sə­hət sa­at 5-6 ra­də­lə­rin­də qa­tı sir­kə tur­şu­su içib özü­nü öl­dür­dü. İl­ham­la bir mə­zar­da dəfn olun­maq, onu yal­nız qoy­maq is­tə­mir­di.

 

…Yar ya­rı­nı tən­ha qoy­ma­yıb. Bir ye­rə bir­lik­də, bir yer­də get­mək üçün Fə­ri­zə ta­ri­xi­mi­zin ən möh­tə­şəm abi­də­si­ni ya­ra­dıb. Bi­lir­miş ki, İl­ha­mı “Da­ğüs­tü park”da dəfn edə­cək­lər və nə qə­rib bir ta­le­dir ki, bu park İl­ham­la Fə­ri­zə­nin ən çox sev­di­yi və gə­zin­ti­yə çıx­dı­ğı park olub. Bir də­fə “Da­ğüs­tü park”a gəz­mə­yə ge­dən­də Fə­ri­zə “nə gö­zəl yer­dir, kaş ki, bu­ra­da ada­mın bir evi ola” de­yib.

 

…Be­lə­cə, bir za­man­lar ev tik­mək və ya­şa­maq is­tə­di­yi park­da Fə­ri­zə İl­ham­la ev tik­di. Mil­lə­ti­mi­zin ən mü­qəd­dəs və əzə­mət­li evi­ni. İlk ev on­la­rın­dır. Ar­tıq ta­ri­xi­mi­zin ən şan­lı və möh­tə­şəm bi­na­sı­dır bu­ra­sı. Ev­lə­nən­lər On­la­rı zi­ya­rət edir, xe­yir-dua alır, əhd-pey­man bağ­la­yır­lar bu­ra­da. Bu­ra sev­gi­li­lə­rin zi­ya­rət­ga­hı və he­sa­bat ye­ri­dir.

 

…Bu gün mil­lə­ti­mi­zin o gün­lə­rin­dən­dir ki, Tan­rı heç bir mil­lə­tə ver­mə­yib. Biz se­və bi­li­rik. Ki­şi ki­mi, qa­dın ki­mi se­və bi­li­rik. Biz sev­gi­miz uğ­run­da dün­ya boy­da im­pe­ri­ya­la­ra, on­lar­dan dün­ya boy­da bö­yük ölü­mə mey­dan oxu­ya bi­li­rik. Qa­dın­la­rı­mı­zın ki­şi­lə­ri ki­şi et­di­yi mil­lə­tik biz. Se­və bi­li­rik. Onun yo­lun­da ölə bi­li­rik. Nə­həng və də­yər­li­yik biz. Sev­gi­mi­zə və sev­gi­li­mi­zə sa­diq qa­la bi­li­rik biz.

Fə­ri­zə­miz Ər Qız, Ər Gə­lin, Ər Qa­dın, Ər Xa­nım, İl­ha­mı­mız Ər Oğul, Ər Ki­şi, Ər Bəy, Ər Ca­van ola bi­lir!!!

Də­yər­lə­rin öl­dü­yü, sev­gi­lə­rin sax­ta və sü­ni dün­ya­mız­da lə­kə­lən­di­yi, dov­şa­nın be­li yə­hər­li at ki­mi kiş­nə­di­yi, fi­lin qa­rış­qa­ya ye­nil­di­yi bu məm­lə­kət­də baş­qa nə bi­zi bu gün qə­dər bö­yü­dər ki?

 

ÇAĞ­RI

Biz bu işi mil­lə­ti­mi­zin və ta­ri­xi­mi­zin əm­ri ki­mi qiy­mət­lən­di­rir, elə də qə­bul edi­rik. Bu, Ulu və Şan­lı Mil­lə­tin əm­ri­dir. Ye­ri­nə ye­tir­mək ha­mı­mı­zın və­zi­fə­si­dir. Bu gü­nə sa­hib çıx­ma­lı­yıq!!!

  1. Yanvar 20, 2012 tarixində, saat 12:35 axşam

    QADIN BUNA DEYEREM SEVMEYI VE SADIQ QALMAGI BACARA….eynen Ferize kimi…sevgi ise buna deyerem ki TARIXE DUWDU…..QEBRINIZ NURLA DOLSUN….

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma