Əsas səhifə > AZƏRBAYCAN, SİYASƏT, XƏBƏRLƏR / NEWS > BİZ ATƏT SESSİYASINDA ERMƏNİSTANA QARŞI İDDİA QALDIRACAĞIQ!

BİZ ATƏT SESSİYASINDA ERMƏNİSTANA QARŞI İDDİA QALDIRACAĞIQ!

Bu ilin iyulun 6-dan 10-na kimi Serbiyanın paytaxtı Belqradda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının 20-ci sessiyası öz işinə başlayacaq.Bu barədə Modern.az-a Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib. O, bildirib ki, bu sessiyada “ATƏT-in effektivliyinin və təsirinin möhkəmləndirilməsi, Astana sammitindən sonra yeni mərhələ” mövzusunda müzakirələr olacaq.

Eldar İbrahimov onu da vurğulayıb ki, bu məsələlərlə bağlı bəzi düzəlişlər olub ki, Azərbaycan nümayəndə heyətinin üzvləri də ölkənin milli maraqlarına uyğun gələn düzəlişlərə razılıq veriblər.Qarabağla bağlı ümid edilən Kazan görüşünün iflasa uğramasından sonra Azərbaycanın nümayəndə heyətinin sessiyada hansı addım atacağına gəlincə, Eldar İbrahimov bildirib ki, o təmsil olunduğu iqtisadiyyat komitəsində Ermənistanla bağlı ciddi məsələlər qaldırmaq niyyətindədir: “Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının fəliyyətini dayandırması məsələsini qaldıracam. Çünki artıq bütün dünyaya məlumdur ki, bu stansiya qəza vəziyyətindədir. Qəza vəziyyətində olan stansiyanın təhlükəsi yalnız Ermənistan və qonşu Azərbaycan üçün deyil, bütün Avropa üçündür.Eyni zamanda işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistanın vəhşilikləri – ermənilər tərəfindən ərazilərimizdə təbiətin məhv edilməsi, atom elektrik stansiyasının zərərli tullantılarının orada basdırılması, həmin zonadan narkotika paliqonu kimi istifadə edilməsi və bu kimi məsələləri qaldıracağıq”.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma