Əsas səhifə > AZƏRBAYCAN, SİYASƏT, XƏBƏRLƏR / NEWS > “ABŞ-Azərbaycan münasibətləri möhkəmdir və bundan sonra daha da möhkəmlənəcək”.

“ABŞ-Azərbaycan münasibətləri möhkəmdir və bundan sonra daha da möhkəmlənəcək”.

“ABŞ-Azərbaycan münasibətləri möhkəmdir və bundan sonra daha da möhkəmlənəcək”.Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza 4 İyul – ABŞ Müstəqillik Günü ərəfəsində “Trend”-ə müsahibəsində bildirib.“Bir neçə ay ərzində biz çətin dövrdən keçdik, lakin mən əminəm ki, təkcə mənfi tendensiyaları dəf etmədik, həm də bizə irəliləməyə imkan verən kifayət qədər möhkəm baza yaratdıq”.Brayza bildirib ki, ötən cümə günü keçirilən və təhlükəsizlik üzrə ikitərəfli dialoqa həsr edilmiş görüş çox müsbət və bir sıra konkret nəticələrə malik olub.“Biz Azərbaycana özünün həyati əhəmiyyətli enerji infrastrukturunu müdafiə etmək və Bakıya hərbi təlimlərin və əməkdaşlıq proqramlarının keçirilməsi sahəsində kömək etmək üçün əməkdaşlığımızı dərinləşdirməyə hazırlaşırıq. Onlardan biri avqustda Rumıniyada, ikincisi isə Almaniyada yüzdən artıq azərbaycanlı əsgərin və onların NATO-dan olan tərəfdaşlarının iştirakı ilə keçiriləcək”, – səfir deyib.Beləliklə, Brayza Bakı danışıqlarını uğurlu hesab edir.Səfir daha sonra bildirib ki, ABŞ bir çox illər ərzində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinə investisiyalar sahəsində Azərbaycan və beynəlxalq şirkətlərlə işləyir ki, bu layihələrin təhlükəsizliyini təmin etməyə kömək etsin.- o, hesab edir. Onun sözlərinə görə, ABŞ və Azərbaycanın üç ümumi strateji marağı var: təhlükəsizlik sahəsi, energetika və daxili islahatlarla bağlı maraqlar.“Müəyyən qaydada olması mütləq deyil, lakin biz hesab edirik ki, maraqların bu üç növü irəliləməlidir. Eyni zamanda, biz geniş mənada strateji məqsədlərimizə çatmalıyıq və ona görə də stabil və dərin tərəfdaşlığa malik olmalıyıq ki, ABŞ Azərbaycanın strateji maraqlarını müdafiə edəcək”, – diplomat qeyd edib.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma