QARABAĞ XANLIĞI

Qarabağ xanlığı Səfəvilər imperiyasının süqutundan sonra hakimiyyətə keçən Nadir şahın (Nadir hakimiyyətə gələndə xan idi, yalnız hakimiyyətə keçəndən sonra özünü şah elan etmişdir.) öldürülməsi nəticəsində XVIII ortalarında yaranmış xanlıqlardan biridir. Qarabağ xanlığının əsasının Pənahəli bəy (1748-1763) 1748-ci ildə qoymuş və özünü xan elan etmişdir. Xanlıq Araz və Kür çayları arasındakı ərazidə yerləşirdi. Qarabağ xanlığı İrəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı, Qaradağ xanlığı, Cavad xanlığı və Şamaxı xanlığı ilə həmsərhəd idi.Pənahəli xan xanlığın əsasını qoyandan sonra müdafiə işlərini gücləndirmək üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalasını tikdirdi. III qala Şuşa qalası oldu. Şuşa əlçatmaz dağlarda yerləşib. Lakin monqolların yürüşlərindən (XIII əsr) sonra dağılmış və Pənahəli xan tərəfindən bərpa edilmişdir. Tədricən Şuşa qalası Qarabağ xanlığının iqtisadi, siyasi paytaxtına çevrilimişdir.Pənahəli xanın yeritdiyi düzgün siyasət nəticəsində qonşu xanlıqlar və xanlığın tərkibində olan məliklər Pənahəli xana yaxınlaşmışlar. Buna görə də Urmiyalı Fətəli xan Araşlı-Avşar, Məhəmmədhəsən xan Qovanlı-Qacar Qarabağ xanlığına hücüm etmişdilər. Xanlığı yalnız Fətəli xan tabe etdirə bilsə də Kərim xan Zəndin Fətəli xana müharibə elan etməsi Qarabağ xanlığının asılıqdan qurtarmasına səbəb oldu.Lakin Kərim xan Zənddə Fətəli xanı məğlub edib Urmiyanı tutduqdan sonra Qarabağ xanlığını tabe etdirib onun idarəsinin Pənahəli xanın oğlu İbrahimə tapşırmış, Pənahəli xanı isə Şiraz qonaqlığına aparmışdır. Bununla da Qarabağ xanlığına böyük zərbə vurulmuşdur. Hakimiyyəti ələ almaq istəyən İbrahim atasının xan təyin etdiyi qardaşı Mehrəli bəylə mübarizəyə başlayır. Mübarizədə İbrahim qalib gəlir. 1780-ci illərdə məliklər yenidən mübarizəyə başlayırlar. Lakin İbrahim xan onların hamısını Şuşaya toplayıb Qarabağ xanlıqlarına etdikləri xəyanətə görə həbs etdi.XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycan xanlıqlarını işğalından sonra Rusiya Azərbaycan xanlıqlarının “qorumaq” üçün İrana müharibə elan etdi. Rus ordusu Qarabağ xanlığını 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsi ilə öz əsarəti altına keçirtdi. Beləliklə 1748-ci ildə yaranmış Qarabağ xanlığı 1805-ci ildə süqut etdi. Rusiya ilə İran arasında müharibənin I mərhələsi 1813-cü il oktyabrın 12-də Gülüstan sülhü ilə başa çatdı. Müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları müstəsna olmaqla Şimali xanlıqları Rusiyanın əsarətinə verldi.

Salnamələrdəki məlumatdan elə qənaətə gəlmək olar ki, Qarabağ xanlığı inzibati cəhətdən 22 mahala bölünürdü. Mahallar isə bir neçə kənddən ibarət idi. Mahalları naiblər idarə edirdilər. Hər bir naibə darğalar, yüzbüşılar, kəndxudalar və s. başqa vəzifəli şəxslər tabe idilər. Darğa vəzifəsi çəhərdə də vardı. Onlar şəhərdə bir növ polis vəzifəsini icra edirdilər, kəndlrdə isə onlar əsasən vergi yığırdılar. Yüzbaşılar və kəndxudalar eyni zamanda kənd ağsaqqalı hesab olunurdular.Başqa xanlıqlarda olduğu kimi Qarabağ xanlığında da mülki və cinayət işlərinə əsasən şəriət qanunları, adət və ənənələri əsasında baxılırdı. Məhkəmələrdə müftəlif cəzalarla yanaşı ağır işgəncələrə də yol verilirdi. Ən böyük hakim kimi ölüm hökmünü xanın özü verirdi. Qarabağ xanlığının Rusiya tərkibinə daxil edilməsi ərəfəsində Şimali Azərbaycanda əhalinin sayına görə Şirvan xanlığından (135.000) sonra ikinci yerdə olmuşdur. Həmin dövrdə Qarabağda 1 şəhər, 638 kənd olmuşdur. 90 minə çatan ümümi əhali 18.500 ocaqda birləşirdi. Salnaməçilərin fikrincə xanlığın mövcudiyyəti dövründə əhalinin sayı və sıxlığı təxminən iki dəfə artmışdır.Qarabağ xanlığının mövcudiyyəti ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə nisbətən xeyli irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Salnamələrdə deyilir kimi xanlıq ərazisindəki bütün torpaqlar xanın özü ağaar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü. Bu bölgü Qurani-Kərimin məzmunundan irəli gələn şəriət ehkamlarına əsaslanırdı. Quran isə torpaq üzərində xüusi mülkiyyəti qanuni hesab etmirdi. “Torpaq ancaq onu əkənlərə və becərənlərə məxsusdur” prinsipi əsas götürülürdü. Torpağı əkib becərənlər isə rəyyət(az miqdarda torpağa malik olanlar) və rəncbərlər idilər.Qeyd olunurdu ki, Quran ehkamların formal şəkildə əməl olunarsa xanlığın torpaqdan istifadə üsulları tipik feodal ictimai prinsiplərinə əsaslanmış və buradan irəli gələn nəticələrlə səciyyələmişdir.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma