Əsas səhifə > AZƏRBAYCAN, MƏDƏNİYYƏT > “SARI GƏLİN” BİZİMDİR!!!

“SARI GƏLİN” BİZİMDİR!!!

Sarı Gəlin mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var.Bir versiyaya görə “Sarı gəlin” mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində “sarı” sözü rəmzi mənada “böyük”, “dağ” anlamında qəbul edilib. Qədim türk anlayışında isə “sarı” “kübar”, “incə” deməkdir. Bizdə bu ifadə iki anlayışda – “rəng” və “ürəyimin sarı siminə toxunma” kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri “səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin” deyə belə bir musiqi yaradıb.Bir versiyaya görə ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və “Sarı gəlin” adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib.Bir versiyaya görə “sarı” sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki “sarı sim”ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni “sarı” sözü şeirdə rəmzi məna daşıyır. “Sarı gəlin” insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında “Sarı gəlin”in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.Bir versiyaya görə Qurani-Kərimin Bəqərə surəsi – “Dirildən sarı inək” hissəsi var. “Sarı” sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. Həmin sarı rəng də bütün nəcib keyfiyyətləri özündə birləşdirmiş xanımların rəmzidir. Bu baxımdan “Sarı gəlin”in nəcib qadınlara ithaf edilmiş ürək sözü kimi tarixdə öz yerini tutduğu söylənilir.Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə isə, “Sarı gəlin”in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yazıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurub.Musiqiçi İbrahim Qasımovun fərziyyəsində də bu məqam öz əksini tapır. Ud ifaçısı onu da əlavə etdi ki, bu fakt Əzizə Cəfərzadənin tarixi əsərində yığcam şəkildə öz əksini tapıb.Lakin bir çox araşdırmaçı və alimim dəstəklədiyi versiya bir qədər fərqlidir.Araşdırmalar göstərir ki,nə türklərin nə də ermənilərin adqoyma mədəniyyətində, xüsusilə qadın və qızlar arasında bir başa rəng adı ilə ad verilməsinə təsadüf olunmur.Alimlər qeyd edirlər ki,Sarı sözü təhrif olunub.Belə ki, əslində mahnının adındakı “sarı” “Sara” adının təhrif variantıdır.”Sarı gəlin” mahnısından sonra mətn-mənaca ona bağlı, onun davamiyyəti olan başqa bir mahnı – “Apardı sellər Saranı” meydana gəlmişdir. “Apardı sellər Saranı” mahnısından bir müddət sonra isə “Sarı gəlin” yallısı yaranır.2005-ci ildə “Altın kitab” nəşriyyatı tərəfindən buraxılan “Xalq mahnıları” (tərtibçi redaktoru R.İsmayılov, məsləhətçi prof. M.Qasımlı) toplusunda (səh. 93) “Sarı gəlin” mahnısı 3 bənd (hər bənd 4 misra olmaqla) və təkrarlanan nəqarətdən ibarətdir. Şifahi ədəbiyyatın bayatı formasında yazılan şeirdə bir dənə də olsun arxaik, bu günkü oxucu üçün anlaşılmaz söz yoxdur. Elə buna görə də tədqiqatçılar güman edir ki, şeir XIX əsrin II yarısında meydana gəlmişdir.Şeirin məzmunundan belə anlaşılır ki, onu qoşan (ola bilsin bu hadisəyə bələd olan şair, yaxud xalq üslubunda şeir deyə bilən hər hansısa bir nəfər) şəxs kasıb çobanmış və imkanlı ailənin çox gözəl bir qızını sevirmiş. Özü də bilə-bilə ki, bu sevdadan bir şey çıxmayacaq, məhəbbətindən də əl götürə bilmir. Ümidini kəsməyərək Allahdan nicat, aman, yardım istəyir. Zəmanənin gərdişi elə gətirir ki, vaxtilə üzünü tez-tez gördüyü istəklisini bir daha görə bilmir. Yarının ayrılığına dözməli olur. Özü-özünə təskinlik vermək üçün qoyun otara-otara təqdim olunan məzmundakı bayatını düzüb qoşaraq çoban tütəyi musiqisilə zümzümə edərmiş. Bir müddət ötəndən sonra qızı istəmədiyi bir başqasına ərə verirlər. Sara gəlin ərə getdiyi insandan özünə qarşı heç bir məhəbbət görmür. Günləri, mənəvi mənada məşəqqətlə keçir. İlk sevgisini heç cür unuda bilmir. Nəhayət, mənəvi sarsıntılara dözməyərək Arpa çayının aşıb-daşan vaxtında özünü ora atıb həlak edir. Arpa çayı da gözəl Saranı əldən vermək istəmir. Bir neçə günlük uzun axtarışdan sonra onu həlak olaraq tapırlar. Hadisədən azca sonra gözəl, nakam Saraya hansısa el şairi və musiqiçi tərəfindən ikinci bir mahnı – elegiya həsr edilir. Bu olaya uyğun olaraq həmin mahnı-elegiya “Apardı sellər Saranı” adlanır.Yuxarıda adı çəkilən topluda (səh.16) həmin mahnı-elegiya üç bənd (hər bənd üç sətirdən ibarət olmaqla) və nəqarətdən ibarətdir. Şeirin mətnindən də görünür ki, bu “Ala gözlü, qələm qaşlı” Sara məhz “Sarı gəlin”dəki həmin Saradır. Arpa çayında həlak olan Saranın meyidi Azərbaycanın Muğan bölgəsində aşkarlanır. Nəticədə “Muğan… nahaq qana… batır”. Hadisəyə söz qoşan el şairi bu barədə hər yerə car çəkdirmək istəyir. Hətta hər il Muğan yaylaqlarına sürülərini gətirən tərəkəmə camaatının (heyvadarlıqla məşğul olan əhali) sərkarı Xançobana belə xəbər göndərilməsini istəyir ki, Muğanın növrağı pozulub deyə, bu il gəlməsin bu yerlərə. Nədən ki, “Sara kimi gəlin Arpa çayının sularında qərq olmuş, gözəl bir gəlin həyata vida demişdir”.Elegiya səciyyəli hər iki mahnının musiqi təfsiri elədir ki, onları tütək və balabanla ifa etdikdə daha təsirli alınır. Bu mənada həmin musiqilərin yaranışə dövründə onların müşayiətinin məhz tütək, daha sonra isə balabanla olması versiyası tam qəbul olunan və təbiidir. Balabanın Azərbaycan musiqi mədəniyyətində nə qədər böyük rola malik olmasının təsdiqi kimi orta əsrlər miniatür rəssamlıq sənətindən yüzlərlə nümunələr gətirmək mümkündür. Buna görə də bəzi musiqilərin ifası zamanı “balaban yoludur” – deyə irəli sürülən erməni cəfəngiyyatı tam iflasa məhkumdur. Necə ki, “Sarı gəlin”in ifasında ən uyğun təfsirin tütək və balaban olması elmi dəlillərlə təsdiq edilir. Başqa sözlə, həmin alətlərlə həmin söz və musiqi ifası vahid vəhdət təşkil edir.XIX əsrin sonlarına doğru vaxtilə Naxçıvan və Muğan bölgələrində ifa olunan, lakin çox da geniş yayılmamış elə həmin mövzuda, ancaq bu dəfə rəqs musiqisi meydana gəlir. Mahiyyət etibarilə yuğ musiqi və rəqslərini xatırladan bu yallının adı “Sarı gəlin” imiş. Xalq adət-ənənələri üzrə ciddi mütəxəssislər yazırlar ki, yallı tipli bu kütləvi xalq oyununun adındakı “sarı” sözü məhz Sara xüsusi isminin təhrif olunmuş formasıdır. Başqa sözlə, “sarı” Saranın saxta, xalq deyim üslubuna uyğunlaşdırılmış variantıdır.

  1. İyun 23, 2011 tarixində, saat 1:27 axşam

    Ela yazıdı bunu ingilis dilinde tercume eliyib Wikipediaya gondermey olar

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma