Əsas səhifə > MARAQLI FAKTLAR > TWITTER HAQQINDA

TWITTER HAQQINDA

“Twitter” (ingilis dilindən «twit» – «çərənləmək», «birnəfəsə danışmaq».) – pulsuz internet xidmətidir. “Twitter” sizə 140 simvol ilə bu an nə etdiyinizi yazmanıza imkan verir. İstifadəçilər mikrobloqa qeyd əlavə etmək üçün, web-səhifədən, SMS(qısa ismarıc xidməti) və ya bu sistem üçün yaradılmış proqramlardan istifadə edirlər. “Twitter”də dostlarınızla, ailənizlə, iş yoldaşlarınızda tez-tez sürətli bir şəkildə o an nə etdiyinizi paylaşa bilərsiniz.Sosial şəbəkənin yaradıcıları Jack Dorsey, Biz Stone və Evan Williams-dır. Layihə yaranarkən, «Sən indi nə edirsən?» sualına cavab vermək üzərində fikirləşilmişdi. Dorsi elə bir platforma yaratmaq istəyirdi ki, bir anda dostları ilə qısa ismarıcla məlumat mübadiləsi yarada bilsin. İstifadəçinin yazdığı qeyd “twitter”də həmin an yaranır və müəllifin yeni ismarıclarına yazılmış istifadəçilərin “twitter” səhifələrinə əlavə olunur. Əlavə web-səhifədən, SMS(qısa ismarıc xidməti), RSS(xəbər lenti), elektron poçt və ya “twitter” müştəri servisləri vasitəsi çatdırılır. “Twitter”, Ruby on Rails web platforması üzərində yaradılıb və 2007-ci ilin 98% vaxtını işlək vəziyyətdə olub (təxminən 6 gün servis işləməyib). 2008-ci ilin əvvəllərində “twitter” yeni bazalar əsasında yerini Amazon S3 serverləri üzərində dəyişdi. Bu da servisin stabilləşməsinə gətirib çıxartdı.
2008-ci ilin may ayında artıq 1 000 000 istifadəçi qeydiyyatdan keçmişdi. 2009-cu ilin iyul ayının statistikasına görə, artıq 50 000 000 artıq istifadəçi qeydiyyatdan keçib.”Twitter” hesabı yaradandansonra “search for people” qisimindən istifadəçi adıyla və ya gerçək ada görə axtarış edə bilərsiniz. Bundan başqa yoldaşlarınızı başqa platformalardan “twitter”ə dəvət edə bilərsiniz.”Twitter” ən ümumi məqsədi yoldaşlarınızın o an nə etdiyini izləməkdir.Bunu necə edəcəyinizə gəlincə izləmək istədiyiniz adamın profil səhifəsinə gedin və sağ tərəfdəki ‘follow‘ yazan linkə basın, artıq o adamın yazdıqlarını izləyəcəksiniz.”Twitter”də sizi kimlərin izlədiyini öyrənmək üçün profil səhifənizdə sağ kənar çubuğundakı ‘followers‘ linkinə basın. Açılan səhifədə sizləri kimlərin izlədiyini öyrənə bilərsiniz. Bundan başqa sizi kimsə izləməyə başlasa sizə e-poçt ilə xəbərdarlıq gələcəkdir.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma