Əsas səhifə > AZƏRBAYCAN > O MÜBARİZİN ARXASINCA GETMİŞDİ…

O MÜBARİZİN ARXASINCA GETMİŞDİ…

Əhmədov Fərid Güloğlan oğlu 19 yanvar 1986-cı ildə Cəlilabad şəhərində anadan olub.1992-cu ildə Nizami Gəncəvi adına Cəlilabad şəhər 1 saylı orta məktəbinin birinci sinifnə gedib və 2003-cü ildə həminməktəbin 11-ci sinfini bitirib.Elə həmin il Fərid Əhmədov H.Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub və2007-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. O, Hərbi Akademiyada oxuduğu illərdə öz qabiliyyəti vəbacarığı ilə müdavimlər arasında fərqlənib. Müdavim Fərid Əhmədov akademiyanı bitirdikdən sonra rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir.O, kursu uğurla başa vuraraq leytenant rütbəsi alır. Daha sonra leytenant Fərid Əhmədov Gəncə şəhərindəyerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilərək, xidmətə başlayır.2008-2009-cu illərdə həmin hərbi hissədə nümunəvi xidmət göstərir.2009-cu ildə Gəncədəki hərbi hissədə xidmətini başavuraraq, cəsur və mərd zabit kimi ön cəbhəyə – Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb.Qısa bir zaman kəsiyində gənc zabit hərbi hissə komandirinin ehtimadını qazanaraq, “N” saylı hərbi hissəninkəşfiyyat bölüyünün komandiri təyin edilib.2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub.Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da qaytarılıb.7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.Noyabrın 7-də prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülür.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma