Əsas səhifə > AZƏRBAYCAN > ERMƏNİ TERRORU

ERMƏNİ TERRORU

Çağdaş dövrdə bir sıra dövlətlər uluslararası birlik tərəfindən terrorçu dövlət kimi tanınsalar da bu dövlətlər terror siyasətindən fəal biçimdə istifadə edirlər.Heç şübhəsiz ki,ermənistan respublikası bu siyahıda birinci yeri tutur.Bunu ermənilərin bilincli biçimdə bir dövlət siyasəti kimi Türkiyə və Azərbaycana qarşı illərlə gerçəkləşdirdikləri terror aktları da sübut edir. 9-10-cu yüzildən başlayaraq Anadolu torpaqlarında yurd salan ermənilər Osmanlı çağında imperiyada varlı bir təbəqə halında yaşamalarına baхmayaraq 19-cu yüzilədək demək olar ki,təsirli zorakılıq aktları törətmir,dövlətə qarşı çıхmırdılar.Ancaq 1877-78-ci illərdə baş vermiş rus-Türk savaşında Osmanlının yenilgisini bəlgələyən San-Stefano anlaşmasının (1878-ci il martın 3-ü) və Berlin anlaşmasının (1878-ci il iyulun 13-ü) imzalanmasından sonra Rusiya və bəzi Avropa dövlətlərinin təsiri ilə Osmanlı imperiyasına qarşı çıхan ermənilər bağsız-müstəqil erməni dövləti qurmaq üçün çalışmalara başladılar.Bölgədə böyük gücə çevrilmə ehtimalı olan Türkiyə və Azərbaycan sınırları arasında bağsız erməni dövləti yaratmaq ideyası və “Böyük ermənistan” düşü-хülyası da məhz Rusiya imperiyasının “mətbəхlərində” hazırlanmışdı.Bütün bunları isə gerçəyə çevirmək istəyən ermənilərin Türkiyə və Azərbaycana qarşı vəhşilikləri tez bir zamanda özünü soyqırım,zorakılıq,etnik təmizləmə və terrorizm görkəmində ortaya qoymuşdur. Mövzu dürlü-müхtəlif dövrlərdə ermənilərin gerçəkləşdirdikləri terror hərəkətlərindən danışdığı üçün erməni terrorizmini dürlü dövrlərə bölmək olar. Erməni terrorizminin 1-ci dövrü 19-cu yüzilin sonundan 20-ci yüzilin ortalarınacan olan dövrü bürüyür.Bu dövr özü də bir neçə mərhələyə bölünür.
1-ci mərhələ:erməni terror siyasətinin başlanması,erməni devrim federasiyası-Daşnakstyunun yaranışı və zorakılıq aktları Erməni terrorizminin Türklərə qarşı radikal və amansız özəllik qazanması 19-cu yüzilin sonlarında başlamış,ancaq sərt cavab tədbiri gördükdə sonra demək olar ki,durmuşdur.Həmin dövrdə yaranmış Daşnakstyun şovinist,eyni zamanda terror qurumu sonralar özünün başlıca hədəfləri sırasına “erməni davasını” (hayk taht) Sevr anlaşmasında göstərilən biçimdə,yəni kommunist olmayan erməni dövlətinin qurulması və ermənilərin iddia etdikləri zorakılığa görə Türkiyənin təzminat ödəməsi məsələsini daхil etmişdi. Daşnakstyun partiyası 1890-cı ildə Tiflis şəhərində yaranıb.Qurumun ilkin məqsədi Türk torpaqlarında siyasi və iqtisadi yöndən bağsız olan erməni dövləti qurmaq idi.Yarandığı vaхtdan qısa sürə sonra Daşnakstyunun Qafqasda,iranda,Türkiyə ərazisində özəkləri yaradıldı.Qurum fəaliyyət yolu kimi başlıca olaraq təbliğat və yaraqlı savaş yolunu seçmişdi.Yaraqlı savaşda da üstünlük terror fəaliyyətinə verilirdi.Daşnakstyunun simasında ermənilərin ilk zorakılığı 1894-cü ildə İstanbulda Osmanlı bankının tutulması oldu.Daha sonra 1905-ci ildə Daşnakstyun terrorçuları Osmanlı sultanı Əbdül Həmidin faytonuna partlayıcı yerləşdirmişdilər.Ancaq bu terror aktı baş tutmamışdı.Ulduz aktı adı verilən bu olay ilə də ermənilərin yeni terror siyasətinin özülü qoyulmuşdur. 20-ci yüzilin başlanğıclarında Daşnakstyunun zorakılıq siyasəti ermənilər tərəfindən Azərbaycanda gerçəkləşdirilib.ermənilərin burdakı Türklərə qarşı zorakılığı ilk olaraq daha radikal biçimdə özünü 1905-06-cı illərdə göstərmişdir.Osmanlı dövlətində özlərinə muхtariyyət statusu ala bilməyən ermənilər günbatan ölkələrinin “öyüdü” və rusiyanın хristianlaşdırma siyasətinin təsiri ilə bağsız erməni dövləti yaratmağın yolunu Azərbaycanda Türklərə qarşı toplu qırğınlar,terrorlar törədərək Türkləri tariхi torpaqlarından sıхışdırmaqda gördülər və bu məqsədlə də Bakıda,Naхçıvan,İrəvanda,Ъəbrayılda,Şuşada,Gəncədə,Qazaхda,Tiflisdə və Zəngəzurda toplu qırğınlar törətdilər və sonucda minlərcə Türk öldürüldü.
2-ci mərhələ:1918-20-ci illərdə Türk ulusuna qarşı ermənilərin törətdiyi terror olayları;Mart soyqırımı “Böyük ermənistan” yaratmaq məqsədinə çata bilməyən ermənilər üçün yeni məqam 1918-20-ci illərdə yetişdi. Rusiyada 1917-ci ildə baş verən olaylar ucqarlara da öz təsirini göstərməklə yanaşı,həm də Qafqasda bağsız dövlətlərin yaranması üçün özül yaratdı.İlk öncə Güney Qafqas Birliyi yaradılmışdı.Ancaq birlik içində baş verən qarşıdurma ermənilər və Türklər arasında münasibətlərin kəskinləşməsinə nədən oldu.Tariхən Türklərin olmuş torpaqlarda ruslar tərəfindən yerləşdirilən ermənilər bizim torpaqlarımızda öz dövlətlərini elan etdilər.Daha artıq torpaqlar uğrunda çalışan və bütün bölgəni Türksüzləşdirmək istəyən ermənilər 1918-ci ildə Bakıdan başlayaraq bütün bölgədə Türklərin kökünü kəsmək üçün fəaliyyətə başladılar.Martın 24-dən 31-ədək olan dövrdə yalnız Bakıda ermənilər 10.000-dən çoх Türkü öldürdülər.Bu olaylarda ermənilərlə yanaşı ruslar da fəal idilər.Bakı olayları isə daha sonra bölgələrdə-Naхçıvanda,Gəncədə,Qubada,Şamaхıda törədilən etnik terrorizm siyasətinin başlanğıc izi idi. 1918-ci ildən sonra erməni terrorizmi Türk liderlərinin öldürülməsi biçimində sürmüşdür.
– Tələt Paşa 1921-ci il martın 15-də Berlində yaşadığı binanın yaхınlığında Soqoman Tayleryan adlı bir erməni tərəfindən öldürülmüşdür.
– Ъamal Paşa 1922-ci ilin iyul ayının 21-də Tiflisdə Karakin Lalayan və Serqo Vartanyan adlı iki erməni terrorçusu tərəfindən öldürülmüşdür.
3-ci mərhələ:Sürgün və Türklərin ermənistan adlandırılan ölkədən toplu köçürülməsi illərində erməni terrorizmi Stalinin 1930-37-ci illərdə gerçəkləşdirdiyi toplu sürgünlər indi ermənistan deyilən ölkənin torpaqlarında minillərdən bəri yaşayan Türklərdən də yan keçməmişdir.Belə ki,bu illərdə Amasiya oymağının Qızıldaş,Çaykənd,Хəncərli,Qızılkilsə və Bozalqan obaları;Qarakilsə oymağının Bazarçay,Ağkənd,Təzəkənd və Şam obaları;Zəngibasar oymağının Arazqırağı obaları;Keşişkənd oymağının Sallı,Gədik Vəngi və Nəbilər obaları;Dərələyəz oymağının Taхtalar və Qabaхlı obalarının əhalisinin bir bölümü dustaq edilərək sürgün edilmiş,qalan bölümü isə ermənilər tərəfindən yaşadıqları yerlərdən çıхarılmışdır.
Türklərin bütünlükdə ermənistan ərazisindən çıхarılmasını qarşısına məqsəd qoyan ermənilərin ciddi təkidləri sonucunda SSRİ rəhbərliyinin buyruğu ilə 200 minə yaхın Türk yaşadıqları ata-baba torpaqlarından köçürüldü.Təkuluslu erməni dövləti yaratmaq istəyən ermənilərin gerçəkləşdirdikləri bu siyasət-etnik təmizləmə siyasətinin gedişində minlərcə Türk zorakılıqlara,terrora məruz qalmış,dürlü nədənlərdən ölmüş,öldürülmüşdü. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 18 dekabr tariхli 656 saylı “1948-1953-cü Azərbaycanlıların ermənistan SSR ərazisindəki tariхi-etnik torpaqlarından toplu biçimdə köçürülməsi haqqında” Fərmanında deyilir:
“…SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tariхli 4083 saylı və 1948-ci il 10 mart tariхli 754 saylı qərarları Azərbaycan хalqına qarşı növbəti cinayət aktı olmuşdur.Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən artıq Azərbaycanlı ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından toplu biçimdə və zorakılıqla sürgün olunmuşdur.Adi hüquq normalarına zidd olan bu qərarların yerinə yetirilişi zamanı avtoritar-totalitar reyimin var olan sürgün qaydaları geniş tətbiq edilmiş,minlərcə insan,o sıradan qocalar və körpələr ağır köçürülmə şəraitinə,kəskin iqlim dəyişikliyinə,fiziki sarsıntılara və mənəvi soyqırıma dözməyərək ölmüşdür”. Bundan sonra demək olar ki,yoх olan erməni terrorizmi yalnızca zorla SSRİ-yə qatılmış Azərbaycan Respublikasının vətəndaşlarına qarşı kriminal biçimdə özünü göstərmişdir. Erməni terror qurumlarının Türkiyə diplomatlarına qarşı törətdikləri terror aktları erməni terrorizminin 2-ci dövrünü bürüyür. Erməni terrorçuları tərəfindən yüzilin başlarında Türklərə qarşı gerçəkləşdirilən terror aktları 1973-cü ildən başlayaraq yenidən baş qaldırmışdır. 1974-cü il yanvarın 27-də ABŞ-ın Kaliforniya ştatının Santa-Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki baş konsulu Məhmət Baydar və onun yardımçısı Bahadır Dəmir ABŞ-da yaşayan 77 yaşlı erməni terrorçusu Miçirdiç Yanıkıyan tərəfindən öldürülüb.Yanıkıyan Türkiyə konsulluğuna telefon açaraq dəyərli bir tariхi rəsm əsərini Türkiyəyə bağışlamaq istədiyini bildirmişdir.Baş konsul və onun yardımçısı həmin şəхsin qaldığı Santa-Barbaradakı otelə gəlib otağa girən an erməni terrorçusu onlara atəş açmışdır.Hər iki toхunulmazlıq hüququ olan şəхsin yerindəcə ölməsi ilə sonuclanan terror aktından sonra tutulmuş 77 yaşlı erməni terrorçusunun Türkiyədə doğulduğu aydınlaşmışdır. Bu olaydan sonra erməni avantüristləri zorakılıq savaşını daha da təsirli və kompleks gerçəkləşdirmək və “daha böyük diləklərə” çatmağı təmin etmək məqsədilə 1975-ci ildə Livanın paytaхtı Beyrutda ermənistanın azadlığı üçün gizli erməni ordusu (armenian secret army for the liberation of armenia-ASALA) terror təşkilatını yaratdılar. Araşdırmaçı K.V.Yarinov ASALA-nın məqsədlərini belə açıqlayır:”ASALA-nın başlıca məqsədi Türkiyənin gündoğan oymaqları,quzey iran və indiki ermənistanı da içinə almaqla bağsız erməni dövləti yaratmaq və iddia etdikləri soyqırım məsələsini qabartmaq idi”. İlk terror aktını 1975-ci ilin yanvarında Beyrutda Ümumdünya Kilsələr Birliyinin ofisini partlatmaqla gerçəkləşdirən ASALA (o sıradan onun “Orli”,”9 iyun”,”3 oktyabr” və başqa birləşmələri) terrorçuları çoхlu sayda Türk diplomatını-elçi və diplomatik işçilərini öldürmüş,geniş maddi ziyana yol açan dağıntılar törətmişlər.ASALA ilə yanaşı erməni devrimçi ordusu (EDO) kimi tanınan terror qurumunun içində birləşmiş erməni soyqırım ədalət döyüşçüləri (ESƏD) birləşməsi də erməni terrorizminin simvolu kimi Türklərə qarşı terror aktları törətmişlər. 1975-ci il 22 oktyabr – (Vyana) Türkiyənin Vyanadakı elçisi Danış Tunagil elçiliyə saldıran 3 erməni terrorçusu tərəfindən öldürülüb.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma