Əsas səhifə > AZƏRBAYCAN, MƏDƏNİYYƏT > O AZƏRBAYCANI DÜNYAYA TANITDI

O AZƏRBAYCANI DÜNYAYA TANITDI

Müslüm Maqomayev 1942-ci il avqustun 17-de Bakı şeherinde anadan olub. İlk defe 14 yaşında denizçiler klubunda çıxış edib.18 yaşında Helsinkide gencler festivalında, 1963-cü ilde Moskvada keçirilen Azerbaycan medeniyyeti günlerinde uğurlu çıxışları ile şöhret qazanmağa başlayıb.1960-cı illerde Azerbaycan Dövlet Opera ve Balet Teatrının solisti olub, İtaliyanın Milan şeherindeki “La Skala” teatrında tecrübe keçib. Enriko Pyatsa ile “Sevilya berberi” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.1966-cı ilde Parisin “Olimpiya” salonunda ilk konsertini verib. 1968-ci ilde Azerbaycan Dövlet Konservatoriyasını bitirib. 1969-cu ilde Sopotda (Polşa) keçirilen Beynelxalq Mahnı Festivalında ilk mükafatını alıb.1975-ci ilde “Azerbaycan Dövlet Estrada-Simfonik Orkestri”nin bedii rehberi teyin edilib. Bu orkestrle Sovet İttifaqının bir sıra şeherleri ile yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada ve İranda konsertler verib. 1970-ci illerden heyatını estrada ile bağlayıb ve görünmemiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin her yerinde çıxışlar edib, stadionlarda konsertler verib, televiziya onun konsertlerine geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılıb.Repertuarı herterefli ve olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlerini, klassik eserleri, kinolara yazılmış mahnıları meharetle seslendirib. Azerbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden ve medallarla teltif edilib.Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin heyat ve senet yolu da qeyri-adidir. 1950-ci illerin axırlarında, yeniyetmelik ve ilk genclik illerinde Bakı mehellelerinden birindeki heyetlerinde, dostlarının arasında oxuyardı.Bakıda tayı-beraberi olmayan bu bariton sesi eşiden her kes ister-istemez ona diqqet kesilir, bu sesin sehrinden çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz perestişkarları vardı. Onu klublarda, mekteblerde, institutlarda, hetta Bakı bulvarında oxumağa devet edirdiler. O ise bu devetlerin heç birini cavabsız qoymazdı.Genc Müslümün nadir sesi, qeyri-adi istedadı tebii ki, Azerbaycanın musiqi ictimaiyyetinin diqqetini de celb etmişdi. Meşhur dirijor ve bestekar Niyazi onu çox sevir, senetdeki her addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm tecrübeli pedaqoqlardan ders aldıqca sesi daha da cilalanır ve gözelleşir, tembri zenginleşirdi.O, ilk resmi uğurunu 1962-ci ilde qazanır. Maestro Niyazinin tövsiyesi ile telebe ve genclerin Helsinkide keçirilen VIII Ümumdünya Festivalına gönderilen Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini ve “Bakılı genc dünyanı feth edir” başlıqlı meqale derc edir.1940-50-ci illerde Reşid Behbudov öz ecazkar tenor sesi ile SSRİ-de ve dünyanın diger ölkelerinde şöhret qazanmışdı. Onun genc hemkarı Müslüm 1960-cı illerin ortalarında SSRİ-de ve bir sıra diger ölkelerde geniş tanındı. Tesadüfi deyil ki, Böyük Teatrın rehberliyi neyin bahasına olursa-olsun onu öz truppasına celb etmek isteyirdi. İş hetta o yere çatdı ki, SSRİ medeniyyet naziri Yekaterina Furtseva Müslümü öz şexsi himayesine götürdü.Onun en böyük arzularından biri İtaliyada tehsil almaq idi. Nehayet, hemin gün de gelib yetişir ve genc Müslüm Azerbaycan Opera ve Balet Teatrı terefinden “La skala” teatrına tecrübe toplamağa gönderilir. O, hele uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklerinin qramplastinkaları ile maraqlanır, onlardan qiyabi olaraq vokal dersleri alırdı. İndise genclik xeyalları gerçekleşmiş ve ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylerden ders almaq nesib olmuşdu.Belelikle, Müslüm Bakıya esl Fiqaro kimi qayıdır ve “Seviliya berberi” tamaşasında sehneye çıxır. Görkemli pianoçu Rauf Atakişiyevle dostluğu ve emekdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya berberi” operasının her tamaşası anşlaqla keçir ve Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünmemiş coşqu ile qarşılayırlar.O,Eldar Quliyevin filmine musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlerini yerine yetirib. “İqor polku haqqında dastan” eserinin motivleri esasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi besteleyib. Özü hemin tamaşada knyaz İqor, Tamara Sinyavskaya ise Yaroslavna rollarını ifa edib.Müslüm Maqomayev Tamara Sinyavskaya ile evlenmişdi.1971-ci ilde haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çekilmişdir. İllerle dinleyicilerin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Emek Bayrağı ve Xalqlar Dostluğu ordenleri ile teltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.Müslüm Maqomayev 25 oktyabr 2008-ci ilde vefat edib, Bakıdakı birinci Fexri Xiyabanda defn olunub.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma