Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > ƏN DƏYƏRLİ İNSAN

ƏN DƏYƏRLİ İNSAN

İki qonşu ölkənin hökmdarları bir-birləriylə döyüşməzlər amma hər fürsətdə bir-birlərini narahat edərdilər. Ad günləri, bayramlarda maraqlı hədiyyələr göndərərək qarşıdakına zəka nümayişi etmə fürsətləri yaradardılar. Hökmdarlardan biri, günün birində ölkəsinin ən əhəmiyyətli heykəltaraşını hüzuruna çağırdı. Heykəltaraşdan istəyi isə; bir qarış yüksəkliyində, qızıldan, bir-birinin fərqlənməyən üç insan heykəli düzəltməsi idi. Aralarında bir fərq olacaq amma bu fərqi yalnız ikisi biləcəkdi. Heykəllər hazırlandı və ad günündə qonşu ölkə hökmdarına göndərildi. Heykəllərin yanına bir də məktub qoyulmuşdu. Hədiyyəni gündərən hökmdar bele deyirdi:«Ad gününü bu üç qızıl heykəllə təbrik edirəm. Bu üç heykəl bir-birinə oxşar kimi görünə bilər. Amma içlərindən biri digər ikisindən çox daha qiymətlidir. O heykəli tapınca mənə xəbər ver.»Hədiyyəni alan hökmdar əvvəl heykəlləri çəkdirdi. Üç qızıl heykəl qramına qədər bərabər idi. Ölkəsində sənətdən anlayan nə qədər insan varsa çağırtdı. Hamısı da heykəlləri böyük bir diqqətlə araşdırdılar amma aralarında bir fərq görə bilmədilər. Günlər keçdi. Bütün ölkə hökmdarın çətinliyini eşitmişdi və heç kim cavab tapa bilmirdi. Sonunda, hökmdarın çox üsyankar olduğu üçün zindana atdırdığı bir gənc xəbər göndərdi. Yaxşı oxumuş və ağıllı olan bu gənc, hökmdarın bəzi istəklərinə qarşı çıxdığı üçün zindana atılmışdı.
Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdı. Gənc əvvəl heykəlləri diqqətlə araşdırdı, sonra çox incə bir tel gətirilməsini istədi.
Teli birinci heykəlin qulağından saldı,tel heykəlin ağızından çıxdı.
İkinci heykələ də eynisini etdi.Tel bu dəfə digər qulaqdan çıxdı.
Üçüncü heykəldə tel qulaqdan girdi amma çölə çıxmadı. Ancaq telin dərinə gedə biləcəyi bir kanal ürək xəttinə qədər enir, oradan kənara getmirdi. Hökmdar heykəlləri göndərən qonşu hökmdara cavab yazdı:
* Qulağından girəni ağızından çıxardan insan məsləhətli deyil.
* Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məsləhətli deyil.
* Ən dəyərli insan, qulağından girəni ürəyinə basdıran insandır. Bu qiymətli hədiyyən üçün çox təşəkkür edirəm.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma