Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > İÇKİNİN TÖRƏTDİKLƏRİ

İÇKİNİN TÖRƏTDİKLƏRİ

Qədim zamanlarda ədaləti ilə məşhur olan bir qazı vardı.Qazı müəyyən məsələlərlə onun yanına gələnləri zənginliyinə gücünə görə deyil kim haqlı isə ona görə hökm verirdi.Ona görə də xalq onu çox sevirdi.Təbii ki onun vermiş olduğu qərarlardan narazı qalanlar da vardı.Onlar sərvət sahibləri bu sərvətləri ilə özlərini hər zaman haqlı və güclü hesab edən bir sıra zavallı insanlardı.Bu insanlardan biri də Zənnə adlı bir qadın idi.Zənnə qazını onun əleyhinə verdiyi bir hökmlə xalq arasında alçalmış və cəzalandırılmışdı.Buna görə də o:Mən sənə göstərərəm qazı!Səni el içində resvay etməsəm mənə də Zənnə deməsinlər deyib qazıdan intiqam alacağına and içmişdi.Aradan bir neçə ay keçdi.Zənnə ağlındakı planı həyata keçirməyə başladı.Əvvəl xidmətçisini əri kimi qazının yanına göndərdi.Xidmətçi qazının yanına gəlib ona belə dedi.Qazı ağa xanımımla aramızda çox ciddi narazılıqlar var.Boşanmaq üzrəyik.Ancaq mən boşanmaq istəmirəm.Xanımımla qərar verdik.Aramızı düzəltməni rica edirik.Kimin haqlı kimin haqsız olduğuna sən qərar ver.Bizim evə gəlib bu məsələni həll edə bilərsən mi?Qazı bu fikri müsbət qarşıladı.Çünki bir ailənin dağılmasının qarşısını alacaqdı.Bu niyyətlə yola düzəldilər.Qazı xidmətçi ilə birlikdə evə daxil oldu.Xidmətçi Zənnənin olduğu otağa əvvəlcə qazını dəvət etdi.Amma özü girməyib qapını arxadan bağladı.Qazı ona tələ qurulduğunu başa düşdü.İçəridə bir uşaq bir də içi dolu içki şüşələri vardı.Zənnə xidmətçi vasitəsilə sevmədiyi bir qadının uşağını oğurlayıb pis əməllərinə alət etmək üçün evində gizlətmişdi.Zənnə qazıya belə dedi.Qazı!Ya mənimlə olacaqsan ya bu uşağı öldürəcəksən ya da bu içkiləri içəcəksən.Əgər bunlardan birin etməsən çölə çıxıb çığır-bağır salıb sənə iftira ataram.El içində rüsvay olarsan.Qazı 3 seçim qarşısında qalmışdı.O ən yüngülü kimi içki içməyə qərar verdi və içməyə başladı.Sərxoş oldu.Artıq nə dediyinin və nə etdiyinin fərqində deyildi.Elə Zənnənin istədiyi də bu idi.Qazıya pis əməllər etməsi üçün əmrlər verməyə başladı.Əvvəl uşağı öldürtdürdü.Sonra da qazı ilə birlikdə oldu.Xidmətçi də bu vaxt:qonşular köməyə gəlin qazı bizim evimizə zorla girib.İçki içdi,bir uşaq öldürdü indi də Zənnə ilə bir yerdədir-deyib çığır-bağır salırdı.Qısa vaxtda Zənnənin evinin ətrafı insanlarla doldu.Heç kim gözlərinə inanmırdı.Həqiqətən da qazı bütün bunları etmişdi.Bəli ayıq başla heç bir qüvvənin etdirə bilməyəcəyi şeyləri qazıya içki etdirmişdi.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma