Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > ALIN YAZISI NƏ DEMƏKDİR?

ALIN YAZISI NƏ DEMƏKDİR?

Yazının qəbul olunması rukni imandadır. Amma yazı o demək deyildir ki, Allah(c.c) mütləq surətdə insan üçün belə yazmışdır. Lakin mütəal Allah(c.c) insanın ömrünün hansı anında yoldan sapınıb, qəzaya uğramasını və ya düz yol gedərkən, başına nə gələcəyini intəhasız və yanılmayan elmi ilə əvvəldən bilir. O cür də özünün lövhi-məhfuzunda olacağı qeyd edir. Bu qeydiyyata(lövhi-məhfuzda olan) isə yazı deyilir.Lakin yazı o cür qəbul olunmamalıdır ki, Allah(c.c) insanın ixtiyarını əlindən almış və onun taleyini öz istədiyi kimi təyin etmişdir (əlbəttə, burda əsasən yaxşı və ya pis əməl sahibi olması nəzərdə tutulur). Əgər belə olsaydı, onda xaliqin Peyğəmbərlər(ə) və kitablar göndərməsi yersiz olardı. Çünki əsl hökmdar olan Allahın(c.c) yazısını kim dəyişə bilər ki?
İkinci bir tərəfdən bir şəxsin yazısını-taleyini Allah(c.c) qəti surətdə təyin edərsə, sonra pis əməl etmiş bir şəxsi cəzalandırılması qeyri-məqbul sayılardı. Çünki belə olarsa, o şəxsi pis yaradan və pis işə taleyini yazıb vadar edən elə Allahın(c.c) özüdür. Onda məad və qiyamət məsələsinə lüzum duyulmazdı. Bir misal gətirməklə, biraz da açıqlıq gətirək.

Bir xəstəni həkimin yanına müalicə üçün aparırlar. Həkim deyir: Bunun işi müalicədən keçib, bir-iki aya qədər ölməlidir. İki aydan sonra o xəstə ölür. Bu o demək deyidir ki, həkim onu öldürdü və ya ölümünə bais oldu. Bu o deməkdir ki, həkim öz məhdud elmi ilə təyin etdi ki, bu cür xəstəlik sahibi ancaq bir-iki ay yaşaya bilər.
Elminin hüdudu olmayan Allah(c.c) əvvəldən bilir ki, bu bəndə necə yaşayıb öz ömrünü sona yetirəcək. Və bunu da lövhi-məhfuzda qeydə alır. Həyatda muxtar-ixtiyar sahibi olan insan, öz dərəcəsində istifadə etdiyi əqli ilə nəhayətdə Allahın(c.c) o lövhi-məhfuzunda qeydə alındığı kimi yaşayır. Daha doğrusu, onun yaşayışı lövhi-məhfuzda olan kimi, özünü həyatda aşkar edir. Buna da yazı deyilir.
İnsan üçün çoxlu yazılar yazılmışdır. Amma yazının, yazılar içindən seçilib götürülməsi insanın öz əlindədir. Məsələn: Adəm(ə.s) behiştə gətiriləndə ona deyidi ki, bu meyvədən yemə, yesən öz nəfsinə zülm edənlərdən olarsan. O isə yeyib behiştdən çıxarıldı. Yəni Adəm(ə.s) behiştə girəndə onun iki yazısı var idi. Birincisi, yeməsəydi behiştdə qalacaqdı. İkincisi, yesəydi behiştdən çıxarılacağdı. Allah(c.c) Adəmin(ə.s) hansını edəcəyini əvvəlcədən bilirdi və onu lövhi-möhfuzda yazmışdı. Deməli, insanın minlərlə yazısı var. Hansını seçmək isə öz ixtiyarındadır. Hansını seçəcəyini əvvəldən Allah(c.c)bilib, lövhi-məhfuzda qeydə alır. Elə buna da yazı deyilir.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma