Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > HƏYATDA YAŞAMAĞA DƏYƏR

HƏYATDA YAŞAMAĞA DƏYƏR

Hər bir insanın ömrü bir kitaba bənzəyir. İnsanın doğulması bu kitabın titul vərəqidir. İlk ağlaması və inləməsi bu kitabın girişidir. İnsanın sonrakı şüurlu həyatı və davranışları bu kitabın əsas məzmunudur… yalan və rezalətləri buraxılmış səhvlərdir… peşmançılığı sonradan edilən düzəlişlərdir… ölümü nəticə və son şərtidir. Kitabın məzmunu hər şeydən əvvəl müəllifdən asılı olduğu kimi,insan ömrünün məzmunu da məhz elə insandan asilidır.Odur ki,həyat adli kitabının dəyərli müəllifi olmağa çalış.Hər günün dəyərli keçməsinə çalış.Biz sanki hər günün qeyri-adi bir gün olduğunu dərk etmədən, laqeyidcəsinə keçib gedirik bu həyatdan. Halbuki insan başdan-başa həyatdır və həyatda yerini doldurmaq mümkün olmayan yeganə şey ölümdür. Hər şeyə çarə tapmaq olar.Ancaq nə qədər vaxta kimi üzümüzdən bulud əskik olmayacaq? Nə vaxta qədər özümüzə vaxt ayıra bilməyəcəyik? Nə vaxta qədər sevdiyimiz gülü başqasından gözləyəcəyik?

Nə üçün o gülü özümüz almayaq? Nə üçün acizliyimizə son qoyub, təbiətin oyanışına şahid olmayaq? Nə üçün?….. Düşün bu haqqda.Unutma ki, bu həyatı gözəlləşdirən də, çirkinləndirən də sənsən. Bunun üçün başqalarını günahlandırma.Hər səhər ciyərlərinə “1 qucaq təbəssüm” doldur və bütün günü ətrafına təbəssüm saç.

Həyata səssiz gəlib, səssiz getmə.Unutma ki, necə yaşamaq sənin əlindədir. Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Sən onlara fikir vermə.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır.Sən bunlara nəzər sal.Əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır .Kimsə sənə nədənsə şikayət etdikdə, iki seçim et -ya şikayətini qəbul etmək ya da ona həyatın düzgün tərəflərini göstərmək.

Sən həyatın düzgün tərəflərini izah etməyi seçməyə üstünlük ver.Pis bir hadisə olduğunda iki seçim et-ya təslim olmaq ya da dərs almaq. Sən başına gələn pis hadisələrdən dərs almağı seçməyə üstünlük ver.Həyat seçimlərdən ibarətdir.Hər durumda bir seçim vardır.Sən hər durumda necə davranacığını seç.Sən məqsədinin yaxşı və ya pis olmasını seç.Yəni sən,həyatını necə yaşayacağını seçməlisən.Bəli bu gün qeyri – adi bir gündür və bu gün də yaşamağa dəyər!Çünki həyatımızdan bir gündür.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma