Əsas səhifə > MARAQLI FAKTLAR > BERMUD ÜÇBUCAĞI

BERMUD ÜÇBUCAĞI

Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazi var. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli və müdhiş ərazisi hesab olunur. Buraya «Atlantik qəbiristanlığı», “ölüm və ya şeytan üçbucağı” da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub.İnsanları narahat edən və qorxudan, minlərlə insanın yox olduğu, bir-birinin ardınca bir çox sirlər saxlayan bu möcüzə nədir? İnsanlar hara yox olur?Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür?1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf etdi. Buranı Şeytan adası adlandırdı. Elə onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırıldı. Atlantik okeanın bu müəmmalı rayonuna həm ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gəlmişdir. Saysız-hesabsız fərziyyələr irəli sürülmüşdür, çoxlu kitablar yazılmışdır, amma bu müəmmalı yerin sirri hələ də açılmamışdır.Təqribən 20-ci əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başladı. «Bermud üçbucağının» müəmmalarına maraq göstərən tədqiqatçılar keçmiş zamanlardan indiyə kimi məlumat toplayırlar. Atlantik okeanın bu ərazisindən keçən Xristofor Kolumb müşahidə etdiyi qəribə hadisələri qələmə almışdır. Böyük səyyahı su səthinin qeyri-adi parıltısı və havaya qalxan od parıltısı valeh etmişdir.Bermud üçbucağı yalnız həmin yerə aid deyil. Ora Bermud adasının zirvəsidir. Atlantik okeanın xəritəsində Bermud üçbucağı öz klassik formasında kəsilməz xətlərlə təsvir olunur.

Sirli müəmmalardan biri — «Meri Selist» gəmisi.
Ən məşhur hadisə isə «Meri Selist» gəmisinin «Bermud üçbucağında» yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) «Deja Qrasiya» adlanan ingilis gəmisi təsadüfən «Meri Selist» gəmisinə rast gəlir. Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı. Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyid və digər əlamətlər aşkar olunmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verib.1840-cı il. Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın «Rozali» gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyyəti yoxa çıxmışdı. Gəminin jurnalında heyyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da «Bermud üçbucağı»-nın qeyri-adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan «Mariya Çelesta» gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı.Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan «Dei Qratia» gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səsgücləndirici vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab gəlmir.20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın «Freya» ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyyət yoxa çıxmışdı.4 mart 1918-ci il. ABŞ-nın 12 min ton su tutumu olan «Siklop» gəmisi 309 nəfər heyyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqamət götürən «Siklop» təyin olunan yerə gəlib çatmır. Hər hansı bir həyəcən siqnalı da qeydə alınmır.

Amerikalı yazıçı Berlitçin dediklərindən:
«Burada çoxlu gəmilər və təyyarələr heç bir iz qoymadan yox olurlar. Ancaq axtarış vaxtı nə bir cəsədə, nə də bir gəmiyə rast gəlinirdi. Bu havada da müşahidə olunurdu. Həmin ərazidə uçan təyyarə yoxa çıxırdı və onun da heç bir izinə rast gəlinmirdi. Bu hələ yelkənli gəmilərin olduğu vaxtda da baş verirmişdir. Bermud üçbucağındakı hadisələrə bir az da olsa aydınlıq 1840-cı ildəki fəlakət gətirdi. Baham adalarının paytaxtı Nassau limanı yaxınlığında fransız yelkənli gəmisi aşkar etdilər ki, gəmi dreyfdə idi və onun „Rozali“ gəmisi olduğu müəyyən olundu. Gəmidə bütün yelkənlər qaldırılmış, hər şey də öz yerində idi, yalnız idarə heyyəti yox idi. Gəmini yoxladıqdan sonra gördülər ki, gəmi özü əla vəziyyətdədir, heç bir yerində sınıq və s. yox idi. Lakin idarə heyyəti, insanlar harda idi?5 dekabr 1945-ci il. „Evendjer (Qisasçılar)“ bombardmançı təyyarəsi havaya qalxaraq şərqə doğru istiqamət götürdü. Sonra onları görən olmadı… Xəbərdarlıq edirik ki, təfərrüatlar istintaq materiallarından və Floridada çap olunmuş rəsmi xronikadan götürülüb. Saat 14.10-da 15 pilotla havaya qalxan 5 təyyarə hədəfə çataraq saat 15.30 -15.40 radələrində geriyə dönüb cənub-qərbə istiqamət götürür. Lakin bir neçə dəqiqədən sonra saat 15.45 — də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi qəribə bir məlumat alır: „Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik. Torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük“! Dispetçer onların koordinatları barədə sorğu verir. Lakin cavab bazadakı zabitləri şoka salır: „Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik. Deyəsən, azmışıq“. Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə düzgün qərar qəbul edirlər. „Qərbə doğru istiqamət götürün!“ Yenidən qəribə cavab: „Biz bilmirik qərb hardadır. Heç nə alınmır… İstiqaməti müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür!“ Saat 16.45 — də Teylordan təəccüblü məlumat gəlir: „Biz Meksika körfəzinin üstündəyik“. Yerdəki dispetçer Don Ful fikirləşir ki, yəqin pilotlar kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfində idi. Saat 17.00. Pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan kimsə efirə qışqırır: „Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik, yəqin ki, evə düşərdik“! Sonra Teylorun səsi gəlir: „bizim evimiz şimal-qərbdədir…“ İlk həyəcanlı anlar bir qədər səngiyir və pilotlar aşağıda hansısa adanı müşahidə edirlər: „Məndən aşağıda torpaq var. İnanıram ki, bu Kisdir…“ Lakin hər şey hədər idi. Qaranlıq düşür, itmiş təyyarələrin tapılması üçün havaya qalxan „Bombardmançı“-lar əliboş bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır…» Lakin Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: «Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq… Biz tamamilə azmışıq». 1987-ci ildə məhz orada — Meksika körfəzinin təkində 40-cı illərin istehsalı olan «Evendjer»-lərdən biri tapılır («Pravda» 02.03.1987). İstisna deyil ki, yerdə qalan 4 təyyarə də hardasa yaxındadır. Ancaq bir sual indi də maraqlı olaraq qalır: təyyarələr heç bir yerdə görünmədən 100 kilomet şimala necə gedib çıxıb?

Digər anlaşılmaz hadisə 1911-ci il iyunun 14-də dəmiryol gəzintisi vaxtı baş vermişdir. Roma vağzalından gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə yol alır. Qatar yeni çəkilən dəmir yolu tunelinə yaxınlaşır. Qatardan atılmağa imkan tapan iki sərnişinin dediklərinə görə, birdən ətrafı ağ duman bürüdü, qatar tunelə yaxınlaşdıqca duman qatılaşdı. Şahidlərin dediyinə görə, duman getdikcə yapışqan mayeyə çevrilirdi. Qatar tunelə girdi və yox oldu. On ildən sonra həmin qatar Poltava vilayətinin Zavaliçi kəndi yaxınlığında göründü. Maşinistin kabinəsi boş idi, pərdələr bağlı idi. Qeyri-adi hadisələr araşdıran komissiyanın sədri V.P.Leşatıy keçmişdən qayıtmış bu qatarı tədqiq etməyə cəhd etdi. Onun qeydlərinə görə qatar naməlum şəkildə zamanı keçərək bizim dövrə gəlmişdir. 1991-ci ildə həmin komissiyanın sədri Leşatıy özü bunu öyrənməyə cəhd etdi, lakin qatarın pilləkəninə tullanmağı ilə özü də yoxa çıxdı. Qatar hal-hazırda Zavaliçi kəndində dayanıb, lakin heç kəs onu öyrənməyə cəsarət etmir. Alimlər zamanın yerdəyişməsi ideyası ilə razılaşıblar. Burada nəinki zaman möcüzələri baş verir, eləcə də buradakı insanların vaxtından əvvəl qocalmaları da müşahidə olunub.
Tədqiqatçıların fikrincə, vaxt bütün bədənə müəyyən təsir göstərmişdir. Amerikanın sualtı gəmisində qəribə hadisə baş vermişdir. Bermud üçbucağı ərazisində 70 metr dərinlikdə üzən gəmidə matroslar qəribə səs-küy eşitmişlər. Bunun ardınca onlar hiss etmişlər ki, heyyət üzvləri çox sürətlə qocalmışlar. Həkimlərin cəhdinə baxmayaraq heyyət geri qayıdandan sonra da qocalmış, əzələləri, görmə və eşitmə qabiliyyətləri pisləşmişdir. Bir sözlə, müəmma açıq qalır. Haqqında bu qədər müəmmalar yazılan bu yer görünür hələ uzun müddət sirli qalacaqdır.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma