Əsas səhifə > MƏDƏNİYYƏT > Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı fəaliyyətə başlayır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı fəaliyyətə başlayır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – http://www.azdrama.az üzərində son hazırlıq işləri gedir. Saytın sınaq versiyasının təqdimatı ötən ilin noyabr ayında Bakıda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, prespektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı zamanı olmuşdu. Portalın tamamlanma işləri yaxın zamanlarda bitəcək. Daha sonra da təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.Məlumat üçün deyək ki, teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyətdə idi. Lakin dizayn və məzmun baxımından qənaətbəxş olmadığından yeni veb-saytın yaradılması zərurəti yarandı. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənəcək. Yeni variantda olacaq saytın strukturu, məzmunu və keyfiyyəti prinsipial şəkildə dəyişdiriləcək. Saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdiriləcək. Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yer alacaq. Azərbaycan teatrının tarixi, bu günü, o cümlədən milli-mədəni irsimizin gələcəyinə yönəlik planlarını özündə ehtiva edəcək portal, Azərbaycan türkcəsilə yanaşı, dünyanın bir çox dillərində – ingilis, rus, fars, hətta Çin dillərində fəaliyyət göstərəcək. Bir neçə bölmədən ibarət olacaq teatr portalında Azərbaycan mədəniyyətinin, xüsusilə də milli teatr tariximiz təkcə kiçik məlumatlardan ibarət olmayacaq. Nəfis dizaynla hazırlanmış http://www.azdrama.az saytında kifayət qədər zəngin audio-video məlumat bazası ilə bahəm, multimedia kitabxana, habelə təhsil-maarifçilik proqramları yerləşdiriləcək.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma