Arxiv

Posts Tagged ‘Uzeyir Hacibeyov’

ÜZEYİR HACIBƏYOV-LEYLİ VƏ MƏCNUN

İyun 21, 2011 Bir şərh yazın

 Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ilk operası olan «Leyli və Məcnun» 1908-ci ildə yaranmışdır. Bu, həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera idi. Bununla Ü.Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycanda pəşəkar bəstəkarlıq sənətinin təməl daşını qoydu. «Leyli və Məcnun» Ü.Hacıbəyovun yaradıcılıq yolunun ilk mərhələsi, həm də musiqi sənətində fəth etdiyi ilk zirvə idi. «Leyli və Məcnun» ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Artıq janrın adı muğamın bəstəkar yaradıcılığındakı mühüm rolunu vurğulayır. «Muğam operası» sözünün mahiyyəti Şərq və Qərb ənənələrinin qovuşma nöqtəsini açıqlayır. Lakin bu, əsrlər boyu böyük təkamül yolu keçmiş Şərqin muğam və Qərbin opera formalarının zahiri qovuşması deyil. Belə ki, məhz şifahi ənənəli peşəkar musiqi sənəti olan muğam Azərbaycanda bəstəkar yaradıcılığının formalaşmasına təkan verib. Artıq bir əsrə yaxındır ki, Azərbaycanda muğam və bəstəkar yaradıcılığı bir-birinə qarşılıqlı təsir göstərərək inkişaf edir. Bu iki qütbün ilk dəfə qovuşduğu müstəvi isə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» muğam – operası olmuşdur.  Davamını oxu…

Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

İyun 20, 2011 Bir şərh yazın

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

 Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.  Davamını oxu…

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: