Arxiv

Posts Tagged ‘sms’

TWITTER HAQQINDA

İyun 20, 2011 Bir şərh yazın

“Twitter” (ingilis dilindən «twit» – «çərənləmək», «birnəfəsə danışmaq».) – pulsuz internet xidmətidir. “Twitter” sizə 140 simvol ilə bu an nə etdiyinizi yazmanıza imkan verir. İstifadəçilər mikrobloqa qeyd əlavə etmək üçün, web-səhifədən, SMS(qısa ismarıc xidməti) və ya bu sistem üçün yaradılmış proqramlardan istifadə edirlər. “Twitter”də dostlarınızla, ailənizlə, iş yoldaşlarınızda tez-tez sürətli bir şəkildə o an nə etdiyinizi paylaşa bilərsiniz.Sosial şəbəkənin yaradıcıları Jack Dorsey, Biz Stone və Evan Williams-dır. Layihə yaranarkən, «Sən indi nə edirsən?» sualına cavab vermək üzərində fikirləşilmişdi. Dorsi elə bir platforma yaratmaq istəyirdi ki, bir anda dostları ilə qısa ismarıcla məlumat mübadiləsi yarada bilsin. İstifadəçinin yazdığı qeyd “twitter”də həmin an yaranır və müəllifin yeni ismarıclarına yazılmış istifadəçilərin “twitter” səhifələrinə əlavə olunur. Əlavə web-səhifədən, SMS(qısa ismarıc xidməti), RSS(xəbər lenti), elektron poçt və ya “twitter” müştəri servisləri vasitəsi çatdırılır. “Twitter”, Ruby on Rails web platforması üzərində yaradılıb və 2007-ci ilin 98% vaxtını işlək vəziyyətdə olub (təxminən 6 gün servis işləməyib). 2008-ci ilin əvvəllərində “twitter” yeni bazalar əsasında yerini Amazon S3 serverləri üzərində dəyişdi. Ətraflı…

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: