Arxiv

Posts Tagged ‘ilham ve ferize’

ONLAR SEVGİNİN TARİXİNİ YAZDILAR!

İyun 30, 2011 1 şərh

…1970-ci il av­qus­tun 11-də ana­dan olub Fə­ri­zə. 1962-ci il iyu­nun 12-də də İl­ham. Bo­ya-ba­şa do­lub­lar. Ata­la­rı­nın, ana­la­rı­nın göz bə­bə­yi, sı­ra­dan gənc­lər və və­tən­daş­lar olub­lar. Son­ra qar­şı-qar­şı­ya gə­lib se­vib-se­vi­lib­lər. Bir-bi­ri­ni ta­pıb “yar” de­yib­lər. Bir-bi­ri­nin ya­rı­sı olub­lar. Vaxt ötüb, za­man ke­çib, İl­ha­mın ata-ana­sı el­çi dü­şüb Fə­ri­zə­gi­lə gə­lib­lər. Al­la­hın əm­ri, pey­ğəm­bə­rin şə­riə­ti ilə qız is­tə­yib­lər. Se­vən­lə­ri ayır­maq ol­maz ya… Fə­ri­zə­nin ata-ana­sı da be­lə edib və 1989-cu il mart ayı­nın 8-də əziz-xə­ləf və se­vim­li qız­la­rı­nı İl­ham ad­lı ər oğ­lu­mu­za ver­dik­lə­ri­ni bə­yan edib­lər. Qı­zın “hə”si ve­ri­lib…

 …11 gün son­ra – 1989-cu ilin mart ayı­nın 19-da ni­şan mə­ra­si­mi ke­çi­ri­lib və tə­rəf­lər ge­niş şə­kil­də şad­ya­na­lıq edə­rək, ta­ri­xi­mi­zin bu mü­ba­rək gənc­lə­ri­ni bir­ləş­di­rib­lər. “Za­man su ki­mi axıb ke­çər” de­yib­lər. Za­man su ki­mi axıb tez ke­çib.…1989-cu il iyun ayı­nın 11-də Fə­ri­zə­nin ata-ana­sı qız to­yu­nu, İl­ha­mın ata-ana­sı da İYU­NUN 30-da oğul to­yu­nu ke­çi­rib, mu­rad­la­rı­na ça­tıb­lar…Be­lə­cə, bir-bi­ri­nə qo­vu­şub ta­mam­la­nan ya­rı­lar düz 6 ay şad-xür­rəm ya­şa­yıb­lar. Düş­mən ba­şı­mı­zın üs­tü­nü ala­na ki­mi. 1990-cı il 19-dan 20 yan­va­ra ke­çən ge­cə düş­mən məm­lə­kə­tə hü­cum edib. Düş­mə­nin hü­cu­mu qar­şı­sın­da öl­kə­nin Ər oğul­la­rı kü­çə­lər­də dö­yü­şə çı­xıb, müs­tə­qil­lik qa­zan­dı­rıb, baş ucal­dıb­lar. İl­ham da on­lar­dan bi­ri. Və Şə­hid olan­la­rın içə­ri­sin­də onun da adı olub. Mil­lə­ti­mi­zin bu Ər oğ­lu­nu Xır­da­lan­da­kı qə­bi­ris­tan­lıq­da dəfn edib­lər. İki gün ke­çib. Qə­ra­ra gə­li­nən­də ki, Şə­hid­lə­ri son­ra­dan “Şə­hid­lər Xi­ya­ba­nı” ad­la­na­caq mü­qəd­dəs mə­kan­da tor­pa­ğa ver­sin­lər, İl­ha­mı da gö­çür­mək mə­sə­lə­si or­ta­ya çı­xıb. Daha çoxunu oxu…

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: