Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > XƏYANƏT . . .

XƏYANƏT . . .

Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Deməli onlar öz həyat yoldaşlarını sevmirlər? Kişi xəyanətinin əsas səbəbi nədir? Nəyə görə xəyanət yalnız kişilərə icazə verilən hərəkət kimi qəbul olunur? Xəyanətkar-qadına isə cəmiyyət daha ciddi reaksiyalar verir. Sənə qarşı xəyanət olunubsa, bu heç də sizin sevgidə uğursuzluğunuz demək deyil. Əksinə, bu cür hallar qadına imkan verir ki, öz həyatına bir daha nəzər salsın və onu yaxşı tərəfə dəyişsin. 

Kişi xəyanətinin bir neçə əsas səbəbi:

1. Siz sadəcə həmin kişini seçməmisiniz. Onun üçün inam, ailə həyatı, sadiqlik bir o qədər də qiymətli deyil. O yenilik və macəra axtarışındadır. Sıxıntı və sükutun baş verməməsi üçün o, sevgili axtarışında olacaq.
2. Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola bilsin ki, siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun işdən gec gəlməsi, telefonla çox danışması və ya hər hansı ötən qıza baxmasına görə daim söz-söhbət və dava yaradırsınızsa, bu, o deməkdir gec və ya tez onu itirəcəksiniz.
3. Qorxular. Daim xəyanət haqda düşünmək və qorxmaqla onu özünüzə daha asan cəlb etmiş olacaqsınız. Vəfasızlıq haqda düşünərək biz özümüzə əmr veririk və şüursuz olaraq xəyanətkar həyat yoldaşı axtarmağa başlayırıq. Və yaxud özümüzü elə aparırıq ki, bizim hələ ki, vəfalı həyat yoldaşımız xəyanətə doğru gedir.
Xəyanətin digər səbəbləri:
Ər öz xanımını nə qədər sevsə belə, zamanla qadının xarici görünüşündə və davranışındakı dəyişikliklər onun diqqətindən kənarda qalmır. Belə ki, ailə həyatı qurmuş əksər qadınlar illər keçdikcə özlərinə qulluq etməyi bir o qədər vacib hesab etmir. Qadınlar belə hesab edirlər ki, əgər ər varsa, bununla hər şey bitdi. O artıq heç hara getməyəcək.
Qadınlar kişi psixologiyasına məxsus bir neçə əsas məqamı bilməlidirlər. Belə ki, ən vəfalı və sevən kişi ilk olaraq gözləri ilə sevir. İşdə və gündəlik həyatda onu baxımlı qadınlar əhatə edir. Onlara diqqət yetirməmək isə kişi psixologiyasına yaddır. Tez və ya gec onlardan hər hansı birinə adi kişi marağı yaranır. Sonra isə təsadüflər baş verə bilər: iş yoldaşları ilə qonaqlıq, yaxın dost və rəfiqələrlə yığıncaq və.s. Bütün bunlar artıq cəlbedici olmayan həyat yoldaşını unutdura bilər.
Lakin heç də hər şey qadından asılı deyil. Potensial olaraq bütün kişilər uyğun zaman baş verdikdə xəyanətə meyillidir. Əgər kişi ömrünün sonuna kimi vəfalıdırsa, bu ya anormallıqdır, ya da sadəcə olaraq həmin qadının bəxti gətirib.
Kişilər – ilk olaraq bioloji, daha sonra sosialoji varlıqdırlar. Bəzən kişilər qadınları özlərinə cəlb edirlər. Çünki hər bir kişi onun cəlbedici baxışlarına vurulan qadınlardan sadəcə zövq alır.
Əksər kişilər heç də qadınlardan geri qalmayaraq gözəl geyinməyi, bahalı parfümeriyadan istifadə etməyi, ümumiyyətlə hər tərəfli özünə baxmağı çox sevir. Bununla da, qadın diqqətini özlərinə cəlb edir, daha sonra imtina edə bilmirlər.
Nəyə görə cəmiyyət kişi xəyanətinə bu qədər səthi yanaşır? Qadın xəyanəti isə hər zaman qəbuledilməzdir. Burada məsələ, ictimai psixologiyadadır. Qadın qədim zamanlardan ailənin qoruyucusudur və anadır. Buna görə də şəxsi həyatla məşğul olmağa icazə verilmirdi. Kişinin isə cəmiyyətdə tutduğu rol fərqlidir. Ona görə də bəzi hallarda qadınlar bu fikrə dözümlülük nümayiş etdirir. Həmçinin kişi və qadın psixologiyasındakı fərqlər də burada özünü göstərir. Kənarda hər hansı qanunsuz əlaqənin olması bəzən kişi üçün namus məsələsidir, desək yanılmarıq. Çünki dostlar arasında bu, kişi qüruru kimi qəbul olunur. Araşdırmalar göstərir ki, kənardakı münasibətlərlə kişilər özlərinə olan güvəni bərpa etməyə çalışırlar.
Nəyə görə qadınlar bunu bağışlayır və ərləri ilə ailə həyatında yaşamağa davam edirlər? Əksər qadınlar sevgilərindən imtina edə bilmirlər və onlara layiq olmayan kişi ilə yaşamağa davam edirlər. Digərləri isə sadəcə övladlarını fikirləşir. Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir.
İstənilən halda qadın vəziyyəti dəyişə bilər. “Kişi başdırsa, qadın boyun” misalını yada salın. Daim baxımlı olmağı, həyat yoldaşlarınızın gözündə gözəl görünməyi sadəcə həyat tərzinə çevirin. Sürprizlər hazırlayın, onun qəlbini fəth etmək üçün ağlasığmaz variantlara belə əl ata bilərsiniz. Neqativ emosiyaların həyatınızın sahibi olmağına icazə verməyin. Əsas odur ki, daim sevimli qalın. Kişi psixologiyasında nəzərinizə çatdırdığımız faktları isə unutmayın.
 
About these ads
  1. İyun 18, 2011 tarixində, saat 1:39 pm | #1

    Kiwi xeyanet eleyir… Qadin da onu heyatinnan simelidi-Menim fikrimce…

    • İyun 18, 2011 tarixində, saat 2:50 pm | #2

      qadinlar xeyanet elemir?bu arada blogum necedi?

  2. İyun 18, 2011 tarixində, saat 3:22 pm | #3

    Kiwilerin ekseriyyeti xeyanet eliyirrrrrrrr!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!bu da kiwilikden deyil!!!!!!!!!!!!!yeni kiwiler demiyim.alcaqlar desem daha uygun geler…..!!!!!!!!

    • İyun 18, 2011 tarixində, saat 3:32 pm | #4

      duzdu.xeyanet kiwilikden deyil.ama qadinlar da edir xeyanet.onlarinkina ne demeli?

  3. İyun 18, 2011 tarixində, saat 3:37 pm | #5

    eseblewdirme meni!!!!qadinlara ayib olsun!onlarin namussuzlardi..!!!!exlaqsizlardi!!!!!ama kiwilerde bu coxdu!!!!niye qadinlarda bu namus meselesine cevrilmelidi..ama kiwiler eliyende qadinlar bagiwdamalidi?!bgiwdayan qadinlar axmaqdi..!!!bezileri uwaglariycun eliyir.bawa duwurem.ama qadinin menliyi olsa o deq terk eliyer onu!!!uwaglardan da mehrum eliyer atani!!!cunki ele bir ata lazim deyil heckime.ve layiq deyil hecneye!!!!

  4. İyun 18, 2011 tarixində, saat 6:07 pm | #7

    Xalid qadinlarda az olur yeni men elede ewitmemiwem ama kiwiler ehhhhhhhh…deyilesi deyileeeeeeeee…. Bu arada blokun superdi,Esim incimesin hetta Esinin blokunnan da qeweydi big like eliyirem:))))Ugurlar sene:)))

  5. Ayka
    Oktyabr 13, 2011 tarixində, saat 3:11 pm | #8

    Her bIr kisi xeyanet ede biler . Buna inun ixtiyari var . Esas odurki kenarda etdiyi hereketi heyat yoldasina hiss etdirmesin . Eger kisi ailesine hormet qoyur onu qoruyur ve ailesine yaxsi baxirsa mence qadin kisini qinamamalidir . Qadina ise xeyanet yarasmaz.

  6. Dekabr 27, 2011 tarixində, saat 2:26 pm | #9

    mence insan heyatla barismalidir.yeni menim yoldasim meni aldadib,ve men ayrilmaq istesem usagim geceleri yatmayib atasini isteyir,korpedir hecne basa dusmur,sadece ata deyirse,menim bosanmagim menim ailemi uzurse,men evin tek evladiyam,7 illik sevgiden sonra aile qurmusuq,ama hersey bosdur,ailemin uzulmemesi ucun,usagimin yetim boyumemesi ucun dozdum.ve dozurem,en yaxsisi onu arasdirmamaqdir,onda xeyanet etdiyini de bilmeyecem.cozum budur mence.cunki ailemi uzmeye haqqim yoxdur,onlar menimcun her fedakarligi edibler men de etmeliyem,hemde ozum getmisem axi

  7. gunka
    Fevral 25, 2013 tarixində, saat 9:09 pm | #10

    nifret edirem illerdi sevdiyim inandigim bir usaq atasi xeyanet etsin menim pulumla hemde

    • Mart 6, 2013 tarixində, saat 11:51 pm | #11

      DIger Reyiniz spamlandi.tehqir oldugu ucun.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.