Əsas səhifə > AZƏRBAYCAN > BİZ İKİ DÖVLƏT BİR MİLLƏTİK!!!

BİZ İKİ DÖVLƏT BİR MİLLƏTİK!!!

Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir.Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin gerçəkləşməsinə nail olan bu ölkələr nəinki regionun, bütünlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.
Son illərdə ölkələr arasında dinamizmin möhkəmlənərək keyfiyyətcə yeni mərəhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, iki qardaş ölkə arasında qırılmaz tellərin, milli ənənələrin mövcudluğu inkişafın davamlı olmasına əlverişli zəmin yaradır. Bu ənənələr, prinsiplər gələcəkdə də davam edərək daha da möhkəmlənəcək.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri olduqca uğurlu olub və faydalı müzakirələr əlaqələrin ən yüksək səviyyədə inkişafı üçün möhkəm təməl yaradıb. R.T.Ərdoğan Türkiyə və Azərbaycanı ayrılmaz iki qardaş adlandıraraq “Bizlər bir ailənin iki üzvüyük” deyib: “Biz bir-birimizə güc verməklə gələcəyini hazırlayan iki ölkəyik”.
Prezident İlham Əliyev bildirib ki, dost və qardaş ölkə olan Türkiyə ilə ikitərəfli münasibətlərin bütün sahələri bir daha nəzərdən keçirilib və qarşıdakı dövrdə əməkdaşlığın ən yüksək səviyyədə pozitiv inkişafı üçün birgə addımların atılması ilə bağlı təşəbbüslərin sürətləndirilməsi qərara alınıb. Cənab İlham Əliyev iki qardaş ölkənin həmişə uğurla əməkdaşlıq etdiyini və qarşıda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərdiklərini bəyan edib.
Strateji əməkdaşlıq şurasının yaradılması ilə bağlı qərar isə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni komponentlərini müəyyən etmək üçün fundamental konsepsiya kimi dəyərləndirilə bilər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanla birgə həm ikitərəfli, həm də region üçün ən nəhəng layihələrin reallaşması istiqamətində də səylərin gücləndiriləcəyini bəyan edib. Həmişə Naxçıvanın siyasi və iqtisadi inkişafında mühüm rol oynayan Türkiyə Muxtar Respublikanın dünyaya inteqrasiyası üçün əlavə kommunikasiya və nəqliyyat marşrutlarının gerçəkləşməsinə də öz töhfəsini vermək niyyətindədir. Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması, Naxçıvan-İğdır qaz kəmərinin çəkilməsi hazırda gündəmdə duran əsas məsələlərdən biridir. Onu da qeyd edək ki, yaxın günlərdə Muxtar Respublikaya hava uçuşları daha da intensivləşəcək və “Türk Hava Yolları” həftədə 3 dəfə İstanbuldan Naxçıvana uçuşlar həyata keçirəcək.
Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması üçün səylərini də gücləndirmək niyyətindədir. Qeyd edək ki, ölkələr arasında ticarət dövriyyəsi 2 milyard dollardan artıqdır və Türkiyə bu rəqəmi ən azı 4 milyard dollara çatdırmaq istəyir. Türkiyə Azərbaycanın neft, qaz, energetika, yüngül və yeyinti sənayesi, maşınqayırma, kənd təsərrüfatı, lizinq, sığorta, xidmət, emal, turizm və digər bölmələrində ən iri sərmayəçiləri ilə seçilir. Türk şirkətləri respublikamızda yeni iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması ilə bağlı strategiyanın reallaşmasında da ən aktiv iştirak edən investorlar sayıla bilər. Ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatı Türkiyə üçün geniş əhatə dairəsinə görə necə açıqdırsa, qardaş ölkənin sərmayə bazarında və iqtisadi strukturlarında respublikamızın investorlarına bir o qədər “yaşıl işıq” yandırılıb. Türkiyənin sərmayə bazarında indi ən iri sərmayəçilərdən biri məhz Azərbaycandar. Azərbaycan son bir ildə qardaş ölkəyə yönəltdiyi investisiyaların həcminə görə bir sıra ölkələri qabaqlamaqdadır. Türkiyənin ən nəhəng kimya kompleksi olan “Petkim”in səhmlərinin alınması, “Tekfen” şirkəti ilə səhmlərin alqı-satqısına dair sazişin imzalanması Azərbaycanın Türkiyədə ən böyük potensial investor kimi qüdrətinin artmasının nümunəsidir. Ümumilikdə iki ölkə arasında nəzərdə tutulan uzunmüddətli əməkdaşlıq proqramlarının icrası yaxın gələcəkdə həm Türkiyənin, həm də Azərbaycanın dünya iqtisadiyyatında aparıcı yer tutmasına stimul verir.

About these ads
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.